"Şəhid bacısı tarix müəllimi tərəfindən döyülüb." FOTO
5-04-2024, 13:15
1-ci Qarabağ Müharibəsində şəhid olmuş Abıyev Füzuli Ramiz oğlunun bacısı Abıyeva Elmira Ramiz qızı döyülüb.
Hadisə ötən il dekabrın 2-də Salyan şəhərində baş verib. Belə ki, şəhidin bacısı Elmira Abıyeva Salyan şəhəri, Y.Qasımova adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Zülfiyyə Cəbiyeva tərəfindən döyülüb. O öz qaynanasını boğaraq xəsarət yetirib.
İş üzrə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq Zülfiyyə Cəbiyeva 500 manat məbləğində cərimə olunub. Lakin onun barəsində edilmiş şikayətlərə baxmayaraq hələ də orta məktəbdə şagirdlərə tarix fənnini tədris edir.
Elm və Təhsil Nazirliyi şikayətlərə cavab olaraq bildirib ki, Zülfiyyə Cəbiyevanın törətdiyi əməl pedaqoji fəaliyyətinə ləkə salmır və onun pedaqoji fəaliyyətində qanun pozuntusu aşkarlanmayıb.
Beləliklə, Zülfiyyə Cəbiyeva tarix müəllimi olaraq Salyanın tarixində iz qoymuş oldu.
Adı çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Muradova Fərqanə
TEREF
Redaksiyadan: Redaksiyamıza müraciət edən və özünü tarix müəllimi Zülfiyyə Cəbiyeva kimi təqdim edən xanım şikayətin tam əsassız olduğunu dedi. Daha sonra özünü xanım müəllimənin anası kimi təqdim edən Qurbanova Dilarə xanım nədənsə şikayətdə bəhs edilən insidentdən deyil, hansısa fortepyano müəllimi Cəbiyev Mehdidən bəhs edən yazı göndərdi və bunu şikayətə cavab kimi dərc etməyimizi tələb etdi!
TEREF