Masallı təhsil şöbəsi direktorlardan aylıq "summa" yığır

25-05-2015, 15:16           
Masallı təhsil şöbəsi direktorlardan aylıq "summa" yığır
"Təhsil Nazirliyindən bir komanda gəlib oturub Masallıda. 15 nəfərdirlər. Bir neçə məktəbdə yoxlama aparıblar. İndi Təhsil Şöbəsinin müdiri Astan İbişov direktorları çağırıb və tapşırıb ki, hər məktəb 1600 manat pul yığıb verməlidir. Pulu şagirdlərin sayına görə alırlar. Məbləğ 1600-1800 manat civarındadır".

Bunu bir neçə gün öncə Masallıdan bir qrup müəllim Arqument.Az-a bildirib.

Onların sözlərinə görə, Digah, Hacıtəpə, Qəriblər, Ərkivan kənd məktəblərini, eləcə də Boradigah qəsəbəsi 1 və 2 saylı məktəblərini yoxladıqdan sonra yoxlama dayandırılıb. Bundan sonra Təhsil Şöbəsinin müdiri belə bir qərar verib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, məsələni araşdırdıqdan sonra açıqlama verəcəyini desə də, bir neçə gündür heç bir açıqlama verilmir.

Bu gün problemlə bağlı Arqument.Az-a danışan müəllimlər bildiriblər ki, nazirlikdən gələn komissiya artıq rayonu tərk edib. Amma təhsil şöbəsinin müdiri direktorlardan "summa”nı ödəməyi tələb edib. O bildirib ki, toplanan məbləğ komissiya göndəriləcək. Şöbə müdiri bunu rayon təhsili ilə bağlı mənfi rəyin verilməməsi ilə əlaqələndirib.

Məlumatda bildirilir ki, direktorlar həmin "summa"nı ödəyib. Məllimlərdən isə maaşlar veriləndə pullar yığılacaq.

İddialarla bağlı sözügedən qurumların da mövqeyini dərc edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.