Azərbaycanda icra başçılarının yeni biznesi - Üzlüklərin sökülməsi

25-05-2015, 15:36           
Azərbaycanda icra başçılarının yeni biznesi - Üzlüklərin sökülməsi
Rayonlarda 5 mərtəbəli binanın üzünün sökülməsi 3000 manata başa gəlir, icra başçıları həmin pulları mənimsəyərək, işləri yerli idarələrə tapşırıb

Bakıda binanın yanmasından sonra tezalışan maddələrdən hazırlanmış üzlüklərin sökülməsinə start verilib. Artıq rayonlarda da belə üzlüklü binalarda söküntü işlərinə başlanılıb. Amma…

Həmin məlumata görə, bir 5 mərtəbəli binanın üzlüyünün sökülməsi 3000 manata başa gəlir. Fəhlə və texnika xərcləri olaraq sərf olunmalı pulları isə yerli icra başçıları qazanc mənbəyinə çevriblər. JAM.AZ-a daxil olan məlumata görə, hazırda söküntü işlərinə sənədlərdə fəhlələrin və texnikanın cəlb edildiyi qeyd edilsə də, bütün işlər yerli idarə və müəssisə rəhbərlərinə həvalə edilib. Yəni, həmin 3000 manatı icra başçıları ciblərinə qoyaraq, bütün işləri həmin idarələrin işçiləri vasitəsi həyata keçirir və bunun üçün bir qara qəpik də sərf etmirlər.

Hazırda söküntü işlərini biznesə çevirən rayonlardan bir neçəsinin adı məlumdur. Lakin bəzi səbəblərdən hələlik adlarını açıqlamırıq. Faktiki olaraq JAM.AZ-ın əməkdaşları məsələləri araşdırmaqla məşğuldurlar. Bu barədə geniş məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.