İQTISAD UNIVERSITETINDƏ BIABIRÇI RÜŞVƏT TABLOSU: DƏRBƏND FILALINDAN 35 MIN MANATA KÖÇÜRÜLMƏ VƏ YALANÇI ISLAHATLAR - FAKT

25-05-2015, 17:27           
İQTISAD UNIVERSITETINDƏ BIABIRÇI RÜŞVƏT TABLOSU: DƏRBƏND FILALINDAN 35 MIN MANATA KÖÇÜRÜLMƏ VƏ YALANÇI ISLAHATLAR - FAKT
Azərbaycan Dövlət İqtisad Universitetində bir tərəfədə “islahat”, digər tərəfdə rüşvət yaşanır. Bu barədə azerinews.tv-nin elektron ünvanına şikayət məktubu daxil olub.
Həmin şikayət məktubunda iddia olunur ki, Azərbaycan Dövlət İqtisad Universitetində Ədalət Muradovun rektor təyin olunmasından sonra şayiələr dolaşmağa başladı ki, rektor bəyan edib ki; "rüşvət alan müəllim, kafedra müdiri, dekan, universietdən qovulacaq". İlk əvvəl bu fikirlərin nə məqsədlə dövriyyəyə buraxılmasını bilməsək də, sonradan məlum oldu ki, yeni rəhbərlik keçmiş rektor Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırdı. Aparılan “islahat”lardan həmin dəqiqə başa düşmək oldu ki, Ədalət Muradov müəyyən müddətli müşahidəni kənara qoyub yeni rektor harasa tələsir, özünə yaxın bildiyi şəxsləri dekan təyin edir. Bununla kimin hansı savadın sahibi olduğu, ADİU-ni bir pillə qabağa apara bilmə şansları qiymətləndirilmir, yeni rəhbərin qarşısına qoyduğu hədəfi önləməsi önəm daşıyırdı. “Ədalət” naminə onu da vurğulamaq yerinə düşər ki, yeni rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxslərə dəymir, əksinə onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkirdi. Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradırdı. Ədalətin pozulması belə izah olunurdu ki, dekanlar işdən çıxarılırsa, onları daha layiqli şəxslər əvəzləməlidir. Elmi şurada təhsil, gələcək perspektivlər elmi məsələlərin həlli müzakirə edilmir, keçmiş rektor Şəmsəddin Hacıyevin özünə və çevrəsinə qarşı ögey münasibət bəslənirdi. Bunlar isə bir qrup əsl müəllim və professor heyətində narazılıq yaradırdı. Elmi şurada bu qəbildən olan məsələlərə baxılması qəbahət sayılırdı. Bu “kampaniya” Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rəhbərlik edirdi. Sinəsini qabağa verən Damət Bağırov təbii ki, vəzifəsini itirməmək üçün maksimum şəkildə üzərinə götürdüyü bu öhdəliyi “elmi iş”i müdafiə edirmiş kimi yerinə yetirilib. Göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, bu ildən tədricən universitet daxili semestr imtahanlarının kamputerlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başladı. I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz. Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kamputerdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər.

Azerinews.tv-yə daxil olan şikayət məktubunda oda deyilir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür. Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı. Görünən odur ki, rektor Ədalət Muradov hələ bir müddət Damət Bağırovu “xərcləyəcək”...
Mövzuya qayıdacağıq.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.