Şamaxıda özbaşınalıq - Məmurlar sahibkarı intihara sürüklədi

26-05-2015, 09:59           
Şamaxıda özbaşınalıq - Məmurlar sahibkarı intihara sürüklədi
Dünən Şamaxıda intihara cəhd hadisəsi baş verib. Vertikal.az-a verilən xəbərdə bildirilir ki, Şamaxı rayonunun Neriman küçəsi 1 ünvanında Nəsimi parkının yanında inşa edilmiş kafenin sahibi rayonun adlı sanlı sahibkarlarından sayılan Seyran Quliyev intihara cəhd edib. Özü də Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun yanında onun məsləhətinə uyğun olaraq.

Məlumatda deyilir: “Belə ki, dünən günorta saatlarında Şamaxı RİHB-nın birinci müavini Qasım Qasımov, baş memar əvəzi Alqış Babayev və şəhər icra nümayəndəsi Şahnəzər Qasımov qeyd olunan kafeye gələrək 10 il bundan əvvəl inşa edilmiş kafenin guya sənədlərinin olmamasını əsas gətirərək buranın söküləcəyini sahibkara bildirmişlər. Seyran Quliyev isə tikiliyə icazəsi olduğunu və bununla bağlı sənədlərini onlara təqdim etməsinə baxmayaraq onlar israrla buranın sökəcəklərini bildirdikdə sahibkar onlardan ölkə rəhbərinə şikayət edəcəyini bildirmişdir.Qasım Qasımov isə kimə istəyirsən get de men dedim qurtardı «jarqonunu « dilə gətirərək sahibkara təzyiq etmişdir.

Bundan cana doyan Seyran Quliyev onların gözü onündə özünü yandıracaqını bildirsə də Qasımov necə isteyirsənb elə də elə ifadəsi ilə kifayətlənmiş, Seyran Quliyev üzərinə neft tökərək onu alışdırmaqa çalışmış xoşbəxtlikdən neft alışmamış digər şəxslərin müdaxiləsi nəticəsində insedent sakitləşdirilmişdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru