Yasamalda çoxillik ağaclar kəsilib, restoran tikiləcəyi deyilir - Elşad Həsənovu aldığı töhmətlərdə dayandırmır VİDEO

Bu gün, 12:44           
Xəbər verdiyimiz kimi, Yasamal rayonu Həsən Məcidov 5 ünvanında 12 ədəd çoxillik ağac kəsilib.

Pravda.az-ın bununla bağlı oktyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdi ki, sözügedən ünvan Həsən Məcidov 119-dur və ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı sözügedən ünvanda müxtəlif cinsli ağacların kəsildiyi müəyyən edilib, yaşıllıqlara dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Nazirlik eyni zamanda qeyd etmişdi ki, kəsilmiş ağacların əvəzinə yeni ağacların əkilməsi məqsədilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

Pravda.az məsələ ilə bağlı hər hansı tədbir görülüb-görülmədiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Mətin Hüseynova sorğu ünvanlayıb.

Lakin heç bir mövqe bildirilməyib.

Qeyd: Ərazi sakinləri saytımıza müraciətlərində kəsilən ağacların yerində restoran tikiləcəyini deyiblər.

Mövzunu diqqətdə saxlayacağıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.