Qazinin pensiyasını yeyən XŞTMF-nin direktoru Şahin Əliyevin və müavini Eldar Qurbanovun cinayət işi Ali Məhkəmədə

Bu gün, 15:06           
Qazinin pensiyasını yeyən XŞTMF-nin direktoru Şahin Əliyevin və müavini Eldar Qurbanovun cinayət işi  Ali Məhkəmədə
Xüsusi ittihamlı şikayətə 22 yanvar 2025-ci ildə baxılacaq

Pensiya sistemində özbaşınalıq, hərbi əlillərin, qazilərin pensiyalarının mənimsəmə amacı ilə düzgün hesablanmaması , özəlliklə, ZƏFƏRlə bitən savaşdan sonra daha da qərəzlə sürdürülür. Qərəzli sosial təminat , müdafiə xidmətinə baxın, qanunun ləğv edilməsi ilə pensiyaların azaldılması geriyə tətbiq olunur, hətta məhkəmə qərarlarını sıradan məmur ləğv edərək pensiyalara əlavə olunan vəsait mənimsənilir. Belə sosial təminatın Konstitusiyaya zidd olmasına, birbaşa cinayət məsuliyyəti yaratmasına baxmayaraq, nə prokurorluq, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, nə Ombudsman, nə hökumətin, dövlətin özü özbaşınalığa son qoyur. Hərə öz payını alıb susur. Məhkəməyə gəldikdə, məhkəmə dövlətin adından çıxardığı qərarının icrasını belə təmin etdirə bilmir, daha düzü, etmək istəmir.
Bu sətirlərin yazarının pensiyasının düzgün hesablanmamasından şikayətinə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023-cü il tarixli, müavini Eldar Qurbanov 22.02.2023 tarixli məktubla pensiyanın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birgə 1112,44 manat olduğunu, 30 gün ərzində məhkəməyə müraciət etməyi bildiriblər. Mart ayında Bakı İnzibati Məhkəməsi iddianı icraata götürüb, cavabdeh XŞTMF 01.04.2023-cü ildən pensiyaya məhkəmə qərarı ilə əlavə olunan 110 manatı özbaşınalıqla , qərəzlə kəsərək , artırmaq əvəzinə 139 manat azaldıb 973,65 manata salıb. Düz 18 aydır bu mənimsəmə cinayətinə qiymət verilmir. Əksinə, 1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən həyat yoldaşpnın pensiyası da azaldılıb.
Prokurorluğun “dişsizliyi” , 161-ə , 961-ə yüzlərlə, məktubla minə yaxın şikayətlərə qanuna uyğun baxmaması Qarabağ qazisini xüsusi ittiham qaydasında şikayət verməyə vadar edib. Hər iki aşağı instansiya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.5 , 302.2.2 maddələrinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı olduğundan İSTİNTAQ AİDİYYATI üzrə göndərilməsinə qərar verməli olduğu halda, bunu etməyib. Heç Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014 tarixli Qərarının 13-cü bəndinə də əməl edilməyib. Həmin bənddə yazılıb ki, şikayətdə ictimai və ya ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan cinayətlər haqqında məlumat olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-in 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları DƏRHAL BAXILMASI üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən PROKURORA göndərir.
Pensiyasından, ailəsinin təminatından məhrum edilən , əlilliyinin alınacağı ilə şantaj edilən Qarabağ qazisinin şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Cinayət işinə baxılması 22 yanvar 2025-ci ilə təyin edilib.
Məğrur Bədəlsoy
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.