Xətai rayonunda daha bir qanunsuz tikinti - İcra başçısı icazə verib? VİDEO/FOTO
Bu gün, 09:34

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxta aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi Baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı. Komitə rəhbərliyinin qısa zaman ərzində işlək vəziyyətə gətirdiyi tikinti qaydalarının və tikintiyə icazənin sadələşdirilməsi sadə vətəndaşları sevindirsə də, bu sahədə əvvəllər böyük miqdarda vəsaitlər qazanan bəzi rayon icra hakimiyyətlərinin heç də ürəyindən olmadı. Hələ də bəzi icra hakimiyyətlərinin başçıları səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradırlar.
AzFakt.com xəbər verir ki, qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdir.
Məlumata görə icra başçısı Rafiq Quluyevin “qayğısı” ilə inşa edilən qanunsuz tikintilərdən biri də General Səməd bəy Mehmandarov 520 ünvanında baş verir.
Belə ki, General Səməd bəy Mehmandarov 520 ünvanında yerləşən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən və digər aidiyyatı qurumlardan heç rəsmi icazəsi olmadan, qanunsuz şəkildə artırılır.

