Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir

25-03-2025, 09:24           
Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir
Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.
TEREF Ajans.az-a istinadla xəbər verir ki, bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün öncə tikinti ilə bağlı məlumat vermişdik. Son vəziyyət isə budur. Tikinti hələ də davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru