Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
Bu gün, 09:14

1(009)-195/2025 № -Lİ İŞ üzrə Xüsusi İttihamçı
Fəlsəfə elmləri doktoru, 2-ci qrup əlil
Xatirə Quliyeva tərəfindən
ETİRAZ
Səbail rayon məhkəməsinin SƏDRİ AZƏR PAŞAYEVƏ AÇIQ MƏKTUB
SURƏTİ: AVROPA VƏ ABŞ BEYNƏLXALQ HÜQUQ TƏŞKİLATLARINA
28.04.2025 tarixdə telefonumdakı e.mail ünvanıma gələn məlumatdan məlumum oldu ki, vermədiyim ərizə əsasında Ülviyyə Şükürovanın öz çirkin marağına görə baxdığı və mənm Apellyasiya Şikayətim - EYNİ İŞ ÜZRƏ 2-Cİ APELLYASİYA ŞİKAYƏTİM təmin olunduqdan sonra İş Səbail rayon məhkəməsinə daxil olduqda baxılması üçün Azər Tağıyevin icraatına verilmişdir.

Azər Tağıyevin BU İŞƏ BAXMAĞA HÜQUQİ VƏ MƏNƏVİ HAQQININ olmadığı ilə bağlı media üçün hazırladığım ETİRAZ başlıqlı tənqidi məqaləmi Məhkəmə-Hüquq sistemi Səlahiyyətlilərinin və ümum vətəndaş cəmiyyətinin, əziz oxucularımın diqqətinə çatdırıram və bildirirəm ki, mən bu yazını ingilis dilinə çevirib ölkə rəhbəri İlham Əliyevin ADA universitetindəki çıxışında əleyhimizə olan radikal beynəlxalq təşkilatlar olaraq adlarını çəkdiyi xarici qurumlara, həmçinin AŞPA-ya göndərəcəyəm.
Çünki xalq məhkəmələrdə əziyyət çəkir və Beynəlxalq qurumlar Azərbaycan məhkəmələrini ÇOX HALLARDA düzgün tənqid edirlər.
Çünki Azərbaycan hakimləri əksəriyyətlə qanuna, ədalətə yox, öz maraqlarına xidmət edirlər. Hətta dövlətçilik mövqeyi, milli mentalitet hissi məhkəmələrdə unudulmuş vəziyyətdədir. Bəzi hakimlər vətəndaş şikayətlərinə baxarkən qanunlarla bərabər vətəndaşların şərəf və ləyaqətini elə cinayətkar ünsürlər kimi taptalayırlar.
Məsələn, Azər Tağıyev – MƏTBUATDA və şikayət ərizələrimdə dəfələrlə tənqid etdiyim BU HAKİM şikayətçi olduğum - 2 soyadla yaşayan və fəaliyyət göstərən Aydın Əli-Zadə 2023- cü ildə mənimlə bağlı guya onu Dövlət əleyhinə çıxışlar etməkdə, ermənilərlə əlbir olmaqda, erməni mövqeindən əsər yazmaqda yanlış ittiham edib tənqid etmədiyimə görə barəmdə xüsusi ittiham qaydasında şikayət verdikdə mənim ünvanım Nizami rayonu, evim söküldüyünə görə faktiki ünvanım Sabunçu rayonu olduğu halda işə vəkil təyin etmiş, mənə barəmdə olan Şikayəti göndərmədən, şikayəti və s. e.portala yerləşdirmədən, məni iclasa çağırmadan HAZIRLIQ ICLASI ADI ILƏ AYDIN ƏLI-ZADƏ ILƏ GÖRÜŞMÜŞDÜR!
Sonra! mən katibi məni 2-ci iclasa çağırarkən bundan xəbər tutduqda şikayətlə tanış olmaq istədikdə katibi hakimdən soruşmuş o, "gəlib burda tanış olsun"- deməklə, bir növ məni özündən asılı etmək istəmiş, mən katib xanımdan güc-bəla ilə 11 gün sonra barəmdə olan şikayəti şəxsi e.mailimə göndərməsi ilə aldıqdan sonra dərhal mediada “Aydın Əli-Zadə Məhkəməni Aldatma. “Qaziya Tək Gedən Razı Qalar”...başlıqlı və məzmunlu 3 məqalə ilə ilk əvvəl məhkəmə aidiyyəti qanununu əsaslandırmış, həmçinin cavabdeh olaraq ünvanımın Səbail rayonu ərazisi olmadığını göstərmişəm ki, Azər Tağıyev mənə təhdidlər ünvanlamaqla İŞİ Nizami rayon məhkəməsinə göndərməyə məcbur olmuşdur. Əslində o, İşi geri qaytarmadan məhkəmə vasitəsi ilə Nizami rayonuna göndərməklə, mənim üçün çağırdığı vəkilə mənim adımdan buna Etiraz etmədiyim məzmunda ərizə yazdırıb mənə qol çəkdirməklə də Aydın Əli-Zadəyə güzəşt etdmişdir.
İş Nizami rayon məhkəməsinə göndərildikdə mən məhkəmə baxışına qədər Aydın Əli-Zadənin hər bir ittiham müddəasını 1-1 təkzib edən məqalələrlə çıxış etmişəm. Məqalənin sonunda həmin yazılarımdan bəzisinin adını və linkini əlavə edəcəyəm.
... Məhkəmə Aydın Əli-Zadənin Şikayətini mənim faktiki ünvanım barədə Arayış tələbi ilə icraata almamışdı. Mən ünvanımı desəm də və onun əvəzindən Arayış gətirməyə söz versəm də Qərarda da qeyd olunduğu kimi hakim işi icraata almamışdı.. Aydın Əli-Zadə isə İşin icraata alınacağı təqdirdə mənim fakt mənbəyi məqalələrimin də təhlil olunacağından, işin prokurorluqda araşdırılması haqda Vəsatətimin təmin olunacağından qorxduğu üçün hakimin qarşısında ikiqat əyilib ona təşəkkür etmişdi. Bununla da o, məni məhkəməyə verdiyi və mühüm olduğunu yazdığı müddəalarından “dördnala” qaçmışdı!.. Hətta o, mənim e.mailimə 2 yalvarış dola “gəl dayandıraq”- məzmunlu məktub da göndərmişdi!.. Mən ona “kişisən” geri çəkilmə" - cavabını yazdıqda mənə Facebook sosial şəbəkə üzərindən təhqirlər yağdırmağa, mənə böhtanlar atmağa başlamışdı.
Bundan sonra mən Aydın Əli-Zadənin məni Facebook sosial şəbəkəsində təhqir etməsi, mənə böhtan atması ilə (məsələn, guya mənim Cahan+ qazetim və onun internet versiyası cahanplus.com saytım qeyri-qanuni fəaliyyət göstərir) bağlı onun barəsində elə Səbail rayon məhkəməsinə Şikayət verdim. İŞ Azər Tağıyevin icraatında oldu və mən onun hazırlıq iclasında 2 dəfə “Aydın Əli-Zadənin şikayətinə baxılır” – deməsi və digər replikaları, hərəkətləri, mimikasından IŞƏ yenə öz marağına uyğun baxacağını anladım və ona ETİRAZ etdim.
2-ci qrup əliləm, 2019-cu ildə insult keçirmişəm və yüksək şəkər xəstəliyindən əziyyət çəkirəm! Hazırlıq iclasında onun qərəzli hərəkətlərindən halım pisləşmişdi. Su istəmişdim, gec də olsa katibi gətirmişdi. Mən Etirazımı heç sayan bu qərəzli şəxsin iclasından çıxıb getmək qərarına gəldim. Bu vaxt müşavirə adı ilə 5 saylı zalın çıxışında (1 addım məsafədə) olan polis postunun yanında dayanıb polislərlə söhbət edən Azər Tağıyev məni (ittihamçını) onun İclasında qərəzdən səhhəti pisləşmiş əlil vətəndaşı, ziyalı-alimi iri gövdəsi ilə zala qaytarıb, təsadüf telefonundan ucalan (Məhəmməd peyğəmbər buyurub:Azan səsində okeanda belə sular dayanar!) AZAN səsində marağı olan, təklikdə görüşdüyü Aydın Əli-Zadənin xeyrinə Qərarını elan etmişdi. Məqamı olduğu üçün suaql verirəm: Aydın Əlizadənin müşavirə otağı Polis postudur?! Konstitutsiyada, hakimlər haqqında Qanunda müşavirə otaqları polis postları yazılıb?!
Daha sonra Aydın Əli-Zadə 2 dəfə mənasız, cəfəngiyyat məzmunda – “Xatirə Quliyeva deyir, hakimlər məndən rüşvət alıb, xeyrimə qərar çıxarıblar”- məzmunda – Ülviyyə Şükürovanın 25 dekabr 2025 tarixli saxtakar, savadsız Qərarına “südqabı” (baxın, onun ziyanına Qəralar da var!- məntiqi ilə...) qoyan mahiyyətdə məndən Şikayət verdi və icraata alınmadı. Halbuki, mənim ünvanım Səbail rayonuna deyildi! Ülviyyə Şükürova niyə baxmışdı?! Həmin “südqabı” üçün... Çox böyük ehtimallarla Azər Tağıyevin təsiri altında! İndi sübut da göstərəcəyəm.

Belə ki, bu “kino-komediya” məhkəmə İclaslarından birində Azər Tağıyev – dövlətimizin nüfuazlu məhkəmə hakimi adını daşıyan şəxs onun kimi layiq olmadan hakim adlanan Ülviyyə Şükürovanın iclasında gəlib onun qarşısında dayandı və onunla sakit səslə nəsə danışdı. Mən irad bildirdikdə Azər Tağıyev keçib oturdu İTTİHAMÇI stolunda - yəni, Aydın Əli-Zadənin oturduğu – ittihamçı olan şəxs üçün nəzərdə tutulmuş stolun arxasında. Mən yenə irad bildirdikdə o, ayağa qalxıb getməyə məcbur oldu və gedərkən - Ülviyyə Şükürovaya “mən burdayam” deyib qarşıdakı otağa keçərkən mənə də asta səslə “Xatirə Quliyeva” ilə başlayan nəsə, nələrsə dedi...
Aydın Əli-Zadənin bu biabırçı cəfəngiyyat Şikayəti üzrə Ülviyyə Şükürovanın Azər Tağıyev iştirak edən İclasında daha bir absurd - əslində bizim rüşvətxor həmçinin qeyri-müstəqil hakimlərin iç üzünü göstərən məsələ, Belə ki, bu hakimin katibi bizdən şəxsiyyət vəsiqəsi istəməmişdi. Iclas bitdikdə Aydın Əli-Zadə tez çıxdı. Mən sənəd-sübutları yığdığım üçün ondan sonra çıxdım. Bu vaxt məhkəmə katibi Aydın Əli-Zadənin şəxsiyyət vəsiqəsi qalıb, dedi! Yalan deyirdi! Çünki o nə şəxsiyyət vəsiqəsi vermişdi, nə oturduğu stolun üstündə, nə də katibin stolunun üstündə sənədi qalmamışdı. Ancaq katib onu Telefonla çağırdı. Mən məhkəmə binasından çıxanda Aydın Əli-Zadə geri qayıdırdı. Hətta daim dediyi “kişi deyiləm” – sözünün mənasına tam uyğun tərzdə mənim qarşımı kəsib 1 neçə dəqiqə pilləkənləri düşməyə belə qoymamaışdı. Onun geri qayıtması mənim ehtimalıma görə, “mən burdayam” deyib qarşıdakı otağa keçən Azər Tağıyevin onu Ülviyyə Şükürova ilə görüş, haqq-hesab üçün çağırışı ilə əlaqədar idi! Axı cavabdeh – ittiham olunan şəxs olaraq mənim ünvanım Səbail rayonu olmadığı halda Ülviyyə Şükürova İŞƏ BAXMIŞDI! Hələ cümlə-vergülünə kimi eyni məzmunda olan Işə baxmışdı. Qanun əsas olsaydı, A.əli-Zadənin şikayəti Məhkəmə aidiyyəti və bu eyni məzmuna görə iclas belə təyin etmədən rədd edilməli idi! BAXIN BUNA GÖRƏ DEYİRƏM, HƏMİN 2 MƏNASIZ, CƏFƏNGİYYAT ŞİKAYƏT GÖZDƏN PƏRDƏ ASMAQ MAHİYYƏTİNDƏ İDİ! Elə deyildi, A.Əli-Zadə Apellyasiya şikayətləri verərdi. Digər tərəfdən mən onda da demişəm, indi də deyirəm, görünən dağa nə tərif, misalı – Qanunsuz qərarların əsası olur və artıq SƏBAİL RAYON MƏHKƏMƏSİNİN EYNİ İŞ ÜZRƏ 2 QƏRARI İLƏ BAĞLI APELLYASİYA MƏHKƏMƏSİNİN 2 LƏĞV QƏRARI VARSA YA RÜŞVƏT, YATAPŞIRIQ FAKTORU VAR! ƏCƏB ELƏYİB DEMİŞƏM VƏ BU GÜN DƏ SÖZÜMÜN ARXASINDAYAM!
Məhkəmələr uşaq bağçası, hakimlər 3-5 yaşlı ağılları kəsməyən körpələr deyil! Məhkəmələr heç 11 illik məktəblər, hakimlər azyaşlı, yeniyetmə- gənclər də deyil! Heç məhkəmələr Ali məktəblər, hakimlər savadlı-savadsız, “dəliqanlı” tələbələr də deyil! Məhkəmələr Dövlətin QANUN, HAQQ-ƏDALƏT etibar etdiyi qurumlar, hakimlər dövlətin, HÜQUQ etibar etdiyi dərin zəkalı, bilikli, savadlı və yüksək mənəviyyatlı şəxslərdir!
Belə isə 2 ləğv edilmiş Qərarın əsas sübutları nədən xəbər verir? Savadsızlıqdan?! O zaman həmin savadsız hakimlər - o sırada Şəhla Süleymanova, Ülviyyə Şükürova qovulmalıdır məhkəmə sistemindən! Ən azı cəzalanmalıdırlar!
Yox, savadlıdırlar, bəs o zaman niyə Qanunları, ədaləti taptalayan Qərar qəbul ediblər?! Deməli ya rüşvət alıblar, ya da “tapşırığa” boyun əyiblər! Bu hal savadsızlıqdan daha pisdir. Ölkə rəhbəri onları bu çirkin iş üçün təyin edib?! Onlara görə AŞPA-lar Azərbaycanı tut-gəldi, tənqid edirlər, əleyhimizə Qərarlar qəbul edirlər!.. Heç qınamayın mən də “qqatıq qaradır” – mənasında olan əleyhimə olan Qəralardan Avropaya Şikayət etmiş vətəndaşam və yenə edəcəyəm. Bir halda Dövlətin məhz nöqsanla işləyən hakimlərin islah edilməsi, məhkəmə sisteminin inkişafı məqsədi ilə yaratdığı Məhkəmə Hüquq Şurası Qərarları ya savadsızlıq, əslində saxtakarlıq, öz marağa görə qanunlara tüpürən vəziyyətdə olan hakimləri qətiyyən cəzalandırmırsa AŞPA-LAR DA DÜZ EDİR, “AVROPALARA” ŞİKAYƏT EDƏN VƏTƏNDAŞLAR DA!
Beləcə, Azər Tağıyevin marağında olduğu, ittihamçı yerində oturduğu Aydın Əli-Zadə Şikayətləri üzrə “narojni” Qərarlar çıxdı. Facebook səhifəsində “əsas mübarizədi, mən uduzsam da mübarizəmi aparıram, deyib, “müridlərini” aldadan “şeyx” Aydın Əli-Zadə əleyhinə olan bu qərarlardan razı qalıb yenə Apellyasiya vermədi.
Mən isə Apellyasiya məhkəməsinin (hakim Elmar Rəhimov) 29 may 2024-cü il tarixli XEYRİMƏ olan Qərarının tək bircə məhkəmə aidiyyəti müddəasının düzgün qiymətləndirilməməsindən narazı qaldığım üçün Kassasiya şikayəti verdim və Ali məhkəmə Apellyasiya məhkəməsinin XEYRMƏ OLMUŞ BU QƏRARINI QÜVVƏDƏ SAXLAYIB – hakimi “ağ yuyub, qara sərmək” – hətta saxtakarlığını vurğulamaqla İŞ MATERİALLARINI Səbail məhkəməsinə göndərdi. Ali məhkəmə hakimi Şahin Yusufovun bəlkə heç təsəvvürünə gəlməz ki, Səbail rayon məhkəməsində savadsızlığını tənqid etdiyi Şəhla Süleymanovadan qat-qat savadsız, saxtakar – onu özünü İMZASIZ işə baxan qələmə verən, qanun maddələrini dəhşət dərəcədə “kullanan” Ülviyyə Şükürova var!..
Məsələn, mən Səbail məhkəməsindən İŞƏ baxılmasını xahiş etməmişdim.Fikrim eyni motivli İşlərin məhkəmə baxışlarını gözləyib, hamısını birləşdirməklə Avropaya İnsan haqları Məhkəməsinə müraciət etməkdi. Hakim adlanan Ülviyyə Şükürova məni öz marağına görə “40 dəfə zəng” katibinə zəng etdirib - ədalətli baxış, qərar olacağına innandırıb məhkəməyə çağırdı! Bu məqamda sual yaranır: Ülviyyə Şükürovanın əgər rüşvət marağı yox idi, niyə mənə 1 gündə (telefonumdakı zənəgləri sübutdur!) 10 dəfədən çox zəng edib, məhkəməyə gəlməyimi istəyib?! Həm də 3 dəfə hazırlıq iclası təyin edib! Rüşvət almamışdı, “tapşırıq” təsiri altında deyildi, baxmayaydı! Qanunmaddəsi var- İddiaçı üzürlü səbəb olmadan məhkəmə çağırışına gəlmədi, onun ərizəsinə baxılmır... Sözsüzdür ki, rüşvət almayan belə eləməz!
Beləcə, mən Ülviyyə Şükürovanın katibinin Ali məhkəmədən gələn İŞƏ baxacaqı və ədalətlə baxacağı vədinə görə məhkəmə iclasına gəldim və onun hakim səriştəsizliyi ilə bərabər savadsızlığı ilə yanaşı Aydın Əli-Zadəyə işarələr etməsinin, onunla “göz-qaşla” danışmasının belə şahidi oldum. Məsələn, Aydın Əli-Zadə mənim üçün Ülviyyə Şükürovaya onın işarəsi ilə “bunun psixi vəziyyəti öyrənilsin” – dedi. Məhz bu işarəli təklif Ülviyyə Şükürovanı mənim yadıma saldı. Necə deyərlər, “o xatırladım gül satan qız”... Əlbəttə Ülviyyə Şükürova gül satan qız deyildi mənim yaddaşımda. O Sabunçu rayon prokurorluğunda prokuror köməkçisi işləyəndə arxivdən xitam verilmiş işi çıxarıb “satmışdı” və günahsız gəncin 4 il həbs edilməsinə səbəb olmuşdu. Həmin gənc mənim yaxın qohumum olduğu üçün “mübarizə” aparırdım, bu isə onun ziyanına idi. Çünki arxivdən xitam verilmiş İŞİ çıxaran məmur kimi söz səlahiyyət sahibinə “gəlirdi”... Bu zaman Ülviyyə Şükürova mənim üçün psixatrik briqada çağırmışdı. Mən “nə etdiyimi” bilən və əksinə çox ağıllı adam olaraq briqadanın həkiminə məni dəlixanaya aparmasını əmr etdim. O, sanki vərdişkar idi.Dedi ki, mən axmaq deyiləm ki, şikayətə gələni aparım, deyib getmişdi. Mən özümdən xəbərsiz bu saxlanılmam, hətta Xəbərdarlıq almam məsələsindən 6 saatlıq həbsimdən “azadlığa” çıxan kimi SƏS tv-də, media orqanlarında məlumatlar yaydım və prokuror köməkçisi Ülviyyə Şükürova deyil, onun əvəzindən əsas məmur “işə düşdü”. Mən Avropa məhkəməsinə Şükayət göndədim. Çox tezliklə qəbul edildi. Baş prokurorluqdan mənə ərizəmi geri götürmək təsiri oldu. Daha sonra çox-çox sular duruldu və günahsız gənc cəzadan yarıdan azad edildi.
Bu məsələni mən Ülviyyə Şükürovanın Aydın Əli-Zadəyə “göz-qaşla” işarələr etməsi və onun 2 il davam edən 10-dan çox məhkəmə proseslərindən yalnız 25 dekabrda mənim psixi durumumu ekspertiza edilməsini istəməsi ilə bağlı xatırlatdım. Onu da qeyd edim ki, Aydın əli-Zadə yaxşı bilir ki, mən dəli yox, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin tədqiqatçısıyam. Elə həmin iclasdan 15 gün əvvəl - 10 dekabrda mənim Heydər Əliyev haqqında “Heydər Əliyevin Böyük Siyasət Yolu” adlı fundamental monoqrafiyamın təqdimat mərasimi olub. Geniş məruzə etmişəm. A.Əli-Zadə mənim şöbə müdiri və dolğun fəaliyyətiə malik alim olduğumu da yaxşı bildiyi və ən əsas məsələ özünün “əl-qolla” danışa-danışa küçələri gəzməsi ilə, tərbiyəsiz yazılar yazması ilə əsl mənada dəli təəssüratı yaratdığına bələd olduğu üçün heç vaxt mənim dəli olduğumu ağlından keçirməzdi. Bu Ülviyyə Şükürovanın məqsədli “işarəsi” idi!

Indi isə, elə bu istiqamətdə suallarımı verirəm, belə hakimi qoruyanlara, hakim nöqsanlarına göz yumanlara: Ülviyyə Şükürova yuxarıda göstərdiyim faktlar olduğu halda – Avropa məhkəməsinin xeyrimə olan Qərarında əsas füqur olduğu halda və üstəlik eyni adamlarla olan 2 işə - xüsusən də cavabdeh kimi mənim ünvanım Səbail rayonu ərazisi olmadan baxdığı halda 25 dekabrda ona verdiyim ETİRAZdan sonra heç olmasa “ayılıb” özünə Etiraz verməli idi, ya yox?! Əlbəttəki verməli idi! ETİRAZımı saya salmamaqla və özünə ETİRAZ Verməməyi ilə də o bu işə öz marağına görə - ya rüşvətə ya da tapşırığa görə baxdığını təsdiləmiş oldu. Bəzən Allah quluna kömək olur, qul öz marağına hərisliklə Allahın köməyindən imtina edir. Fikrimcə, Ülviyyə Şüküova məni güclə çağırdığı iclasında heç olmasa “göz-qaşla“ işarə verməməli idi. Yəni “ələ keçmməzdi”! Mən onu – arxivdən xitam verilmiş işi çıxarıb, satan “qızı” xatırlamazdım... Azər Tağıyevin onun qarşısında dayanıb nə, nələrsə diktə etməsinə də “göz-qaşla“ cavab vermişdi.
Qayıdıram bu ləğv olunmuş 2 Qərarın inisiatorçu – 19 mart – xeyrimə Qərarın məhkəmə baxışını Səbail rayon məhkəməsində sədrin yeni olması fürsətindən istifadə edib yenə icraatına almış Azər Tağıyevin mənə olan qərəzinin sübutu məsələsinə. Belə ki, o ittihamçı olduğum məhkəmə işində Aydın Əli-Zadə kimi Azərbaycan Dövlətini və Xalqını 100 dəfələrlə təhqir edən vətən xaininə “nə müqabilindəsə” tərəf olaraq məni mənim üçün CİNAYƏT İŞİ AÇACAĞI ilə də təhdid edib. BU FAKTA GÖRƏ DƏ ONUN MƏNİM XEYRİMƏ OLAN ŞİKAYƏTİMƏ BAXMAĞA HAQQI YOXDUR! BİLİRƏM, TƏKİD EDİR BAXMAĞA! ÇÜNKİ YARIMÇIQ İŞİ BİTİRMƏYƏ MARAQLIDIR. XEYRİ OLMASA İŞ QƏHƏT DEYİL Kİ?! KONVEYR ÜSULU İLƏ İŞLƏYİRLƏR...GÜNDƏ ONLARLA İŞƏ BAXIRLAR.
TƏKRAR EDİRƏM: 19 mart 2025-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi Ülviyyə Şükürovanın bu saxta və savadsız Qərarını – yəni Səbail rayon məhkəməsinin EYNİ İŞ ÜZRƏ 2-Cİ QƏRARINI LƏĞV EDİB IŞ ynidən baxılması üçün bu məhkəməyə göndərildikdə yuxarıda geniş bəhs etdiyim kimi əvvəldən Aydın Əli-Zadə ilə əlbir olan Azər Tağıyevə verilməsi bu məhkəməyə sədrin yeni təyin olunması, baş verənlərdən xəbərsiz olması ilə də bağlı ola bilər. ANCAQ BU İŞƏ AZƏR TAĞIYEVİN HƏRİSLİKLƏ “SAHİB ÇIXMASI” qanunlara da, İNSAN HÜQUQLARINA da ziddir və ölkəmizlə bağlı növbəti mənfi Rəyin yaranması ilə nəticələnəcəyi indidən bəllidir.
Aydın Əli-Zadə mənim haqqımda ona əxlaqsız təklif etdiyim barədə minlərlə üzvü olan Facebook sosial şəbəkəsində status paylaşıb. Dostları bu statusa əxlaqsız rəylər bildiriblər. Guya mən ona əxlaqsız təklif etmişəm. O da "şeyxlərin cinsiyyəti olmur, mən bunu edə bilmərəm" - məzmunda status paylaşıb. Səhəri gün də açıq surətdə ad-soyadımı yazmaqla məni nəzərdə tutduğunu bildirib. Aydın Əli-Zadə məhkəməyə verdiyimdə qorxaqcasına ""mən kişi deyiləm"- deməklə cinayətindən qaçmağa çalışır. Ülviyyə Şükürova görünür belə əxlaqsız təhqirlərdən çox edşidib ki, elə ağır təhqir üçün artıq ləğv olunmuş Qərarında təhqir yoxdur, yazır! Hər bir Azərbaycanlı anlayır ki, bu təhqirdir. Ülviyyə Şükürova ona haqq qazandırmaqla çirkin rüşvət marağının üstünü açdı. Mən Məhkəmə Ekspertiza Mərkəzinin qiymət verməsini tələb edirəm. Spartakdır, trans genderdir Aydın Əli-Zadə özü bilər, mən Ədalət tələb edirəm.
Aydın Əli-Zadə mənim üçün "AMEA-da DAĞIDICI FƏALİYYƏTLƏ MƏŞĞUL OLAN XATİRƏ QULİYEVA" MƏZMUNDA STATUS PAYLAŞIB. Halbu ki, mən 40 ildir ki, həyatımı Azərbaycan elminin inkişafına fəda etmişəm.
Başda Ulu öndər Heydər Əliyevə həsr olunmuş 3 fundamental monoqrafiya, dünya şöhrətli alim Lütfi Zadə haqqında Avropada 7 dildə çap olunmuş momoqrafiya olmaqla 9 fundamental tədqiqat əsərinin, xaricdə və ölkədə nəşr edilmiş 100-dən çox elmi məqalənin müəllifiyəm.
8 ildir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə AMEA-da yaradılmış “Multikulturalizm və Tolerantlıq fəlsəfəsi” şöbəsinin müdiriyəm.
Eyni zamanda ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti”ictimai Birliyinin sədri, Cahan+ qazetinin internet versiyası cahanplus.com saytının rəhbəriyəm.
Əsərlərimdən bəzilərinin şəkillərini paylşıram.


Aydın Əli- Zadə mənim bu və digər bütün əsərlərimin altından SAXTAKARLIQLA PROFESSORLUĞA TÖVSİYYƏ OLUNMUŞ - CÜMLƏSİNİ YAZDIRIB VƏ İNTERNETDƏ HANSI ƏSƏRİMİN ADI YAZILSA BU BÖHTAN, TƏHQİR CÜMLƏ ÇIXIR!
Həmçinin Aydın Əli- Zadə mənimlə öz ŞƏKLİNİ fotoşopla düzəldilmiş şəkildə qoşa verdirdiri bir media yazısında da mənim SAXTAKARLIQLA PROFESSORLUĞA TÖVSİYYƏ OLUNDUĞUM barədə məlumat verib. Onlarla sayt da bu yalanı yayıb. Halbuki mən professorluq üçün heç ərizə belə verməmişəm. O, bu çirkin təhqirindən, böhtanından zövq alaraq həmin saxta məlumatlarla olan yazını şəxsi saytına yerləşdirib. Baxın:
BU da bir həqiqətdir ki, İŞƏ baxıb Azər Tağıyevinn təsiri altında Qanunsuz Qərarlar qəbul etmiş və Qərarları LƏĞV edilmiş Şəhla Süleymanova və Ülviyyə Şükürova özlərinə ETİRAZ verdikləri halda mediada 1 neçə məqalədə, Inam Kərimova SAYSIZ-HESABSIZ ŞİKAYƏT ƏRİZƏLƏRİMDƏ mənə qarşı zorakılığından yazdığım, qanunsuz qərarlarını tənqid etdiyim Azər Tağıyev niyə işə baxmağa təkidlidir?! Məhz bu fakt onun bu İŞƏ baxmağa maraqlı olduğundan xəbər verir və o artıq 2 may 2025-ci il tarixinə hazırlıq iclası günü də təyin edib. Hətta o, Vəkil Mərkəzindən Aydın Əli-Zadənin hüquqlarını müdafiə etmək üçün vəkil də istəyib. Amma Ülviyyə Şükürova heç məni müdafiə etmək üçün Vəkil istəməmişdi...
Mən media ilə mənim xeyrimə olan 19 mart 2025-ci il tarixli Apellyasiya Qərarına uyğun məhkəmə baxışını Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin keçirməsinə ETIRAZIMI bildirirəm!



Mənim şikayətim erməni vikipediyalarında təbliğ olunan yeganə azərbaycanlı, Azərbaycanlıları “oğra – lıqda” çempion adlandıran (ey onun dostları kişilər o söyüş kişilərə aiddir və Sizi bunda çempion adlandırır!..), “Xalq şairləri Musa Yaqubun, Sabir Rüstəmxanlının, deputat Tənzilə Rüstəmxanlının, HafizHacıyevin və başqalarının onu tənqidinə “Azərbaycanlıları ancaq əzmək lazımdır”- kimi cavab verən, 100-lərlə erməninin olduğu Facebook səhifəsində “Xatirə mən erməniyəm! Məcbursan dözməyə, eyni ölkənin övladlarıyıq” yazıb- hayqıran Aydın Əli-Zadənin məni ən əxlaqsız statusla təhqir etməsi, ciddi məsələlərdə mənə böhtanlar atması ilə bağlıdır . İttihamçı qadını, ziyalı alimi, əlil qadın vətəndaşı iri gövdəsi ilə - zorakılıqla öz marağına uyğun Qərar elan etmək üçün zala qaytaran milli mentalitet hisslərinə və qanunla qorunan hüquqlara hörmət edə bilməz! Eyni zamanda Azər Tağıyev öz marağında olduğu Qərarı müqəddəs Azan səsində elan etmişdir ki, bu onun qanunlara, qaydalara və dini inanc kimi ilahi ədalətin varlığına hörmətsiz xarakterinin ifadəsidir. VAR QANUNLARDA ittihamçıya zor işlətmək?! VAR QANUNLRDA AZAN SƏSİNDƏ QƏRAR ELAN ELƏMƏK?! VAR QANUNLARDA İCLAS KEÇİRƏN HAKİMİN QARŞISINDA DAYANMAQ, SONRA İTTİHAMÇI OTURAN STOLDA OTURMAQ?! VAR QANUNLARDA ŞİKAYƏT VERƏNLƏ TƏKLİKDƏ GÖRÜŞMƏK?! VAR QANUNLARDA ŞİKAYƏTİ ŞİKAYƏT EDİLƏNƏ GÖNDƏRMƏMƏK?! YOXDUR! DEMƏLİ, AZƏR TAĞIYEV HƏM VƏTƏNDAŞA, HƏM QANUNLARA HÖRMƏTSİZDİR VƏ MƏNİM İŞİMƏ BELƏ HAKİM BAXMASIN!
Azər Tağıyev bilir ki, mən onun keçirdiyi məhkəmə iclasına gəlməyəcəyəm və bununla aldığı rüşvət və ya tapşırıq BİRDƏFƏLİK həll olunacaq... MƏN İSƏ Konstitutsion Hüququm olan məhkəmə mühakiməsi, cinayətkarın cəzalanmasını istəyirəm.
Bu media ilə ETIRAZIMDA mən Azər Tağıyevin hakimə yaraşmayan əməllərini xatırlatdım. Sonda onu da qeyd edim ki, Aydın Əli-Zadə 25.12.2025 tarixli iclasda Ülviyyə Şükürovaya müraciətlə mənə həmin təhqir-böhtanlardan xəbəri olmadığını, mənim foto-şopla düzəldib onu məhkəməyə verdiyim BÖHTANINI DA atmışdır. Mən onun digər təhqir və böhtanlar kimi bu ziyalıya yaraşmayan böhtanın da mənə atmasına məhkəmə qiyməti xahiş edirəm.
HÖRMƏTLI SƏLAHIYYƏT SAHIBLƏRI! Əgər Sizlər Azərbaycan Dövlətinin Məhkəmə-Hüquq Sisteminin gücləndirilməsi, Avropada faktlarla tənqid olunmamasını tərəfdarısızsa, Azər Tağıyevin qanunlara hörmətsizlik, qeyri-dövlətçilik mövqeyi, milli mentalitetə zidd xarakter nümayiş etdirməkə həyatını xalqın elminin tərəqqisinə fəda etmiş 40 ilin alim-ziyalısının, 2-ci qrup əlilin səhhətimə zərər vurmasını istəmirsinizsə Xüsusi İttihamçı olduğum İş № 1(009)-195/2025 üzrə başqa hakim təyin edin, ədalətin bərpa olunması üçün onun digər hakimlərə də təsirinin qarşısını alın. Bu ETIRAZIMDA yazılanlar həqiqətdir. Necə ki, EYNI IŞ ÜZRƏ APELLYASIYA MƏHKƏMƏSININ XEYRIMƏ OLAN 2 QƏRARINDAKI )tənqidlər nə qədər hakimlərin qadın olmasına bağlı yumşaq, nəzakətlə olsa da) MÜDDƏALAR HƏQIQƏTDIR!..
AYDIN ƏLİ-ZADƏ HAQQINDA FAKTLARLA TƏNQİDİ MƏQALƏLƏRİMDƏN BƏZİLƏRİ.TANIŞ OLUN VƏ GÖRÜN Kİ, AZƏR TAĞIYEV VƏ MÜSTƏQİLLİYİNİ HARAMA QURBAN VERMİŞ ÜLVİYYƏ ŞÜKÜROVA, ŞƏHLA SÜLEYMANOVA KİMİN TƏRƏFİNDƏDİRLƏR
BİZƏ ƏDALƏTLİ QƏRARLAR VERİN!..
https://cahanplus.com/gundem/5629-bize-edaletli-qerarlar-verin.html
Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri – HA-HA-HA SAVADSIZLIQ YOXSA SAXTAKARLIQ?!
https://cahanplus.com/gundem/5601-hakim-ulker-sukurovanin-yekun-mehkeme-akti-ar-cpm-nin-2931-ve-29337-maddeleri-ha-ha-ha-savadsizliq-yoxsa-saxtakarliq.html
HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
https://cahanplus.com/gundem/5471-hakim-sehla-suleymanovanin-ikiuzlu-qerarinin-aqibeti-sudqabi-meselesi-ve-hec-hece-plani.html
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
https://cahanplus.com/gundem/5473-ii-hisse-hakim-sehla-suleymanovanin-ikiuzlu-qerarinin-aqibeti-sudqabi-meselesi-ve-hec-hece-plani.html
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
https://cahanplus.com/gundem/5475-o-ermeni-vikipediyasinda-teblig-olunur.html
https://cahanplus.com/gundem/5474-azerbaycan-dovletini-ve-xalqini-oniller-boyu-tehqir-eden-ermenini-bizimle-muqayisede-uca-tutan.html
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
https://cahanplus.com/gundem/5551-iki-tarixci-alimin-aydin-eli-zadenin-azerbaycan-eleyhine-meqalesine-rey-vermekden-imtna-etmesinin-esaslari.html
TANIŞ OLUN! SAXTAKARLIQLA AAK-a PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDIN ƏLİZADƏ BUDUR
https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyye-olunmus-aydin-elizade-budur.html
İlham "məlimin" Aydın “MƏLIMİNİN” (A.Əli-Zadənin) AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ Yazıları və Çıxışları(çox lakonik)
https://cahanplus.com/gundem/5252-lham-melimin-ilham-melimin-aydin-meliminin-aeli-zadenin-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html
AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ MEDİASINDA AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ YAZILARI VƏ ÇIXIŞLARı
https://cahanplus.com/gundem/5258-aydin-eli-zadenin-ermeni-mediasinda-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html
I HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...
https://cahanplus.com/gundem/5231-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html
II HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...
https://cahanplus.com/gundem/5232-ii-hisse-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html
NİZAMİ RAYON MƏHKƏMƏSİ ONUN BÖHTAN, CƏFƏNGİYYATDAN İBARƏT ŞİKAYƏTİNİ RƏDD ETDİ.. MƏN DAVAM EDƏCƏYƏM!
https://cahanplus.com/gundem/5271-nizami-rayon-mehkemesi-onun-bohtan-cefengiyyatdan-ibaret-sikayetini-redd-etdi-men-davam-edeceyem.html
ONUN DOSTLARI DÜŞMƏNLƏRİMİZ VƏ MƏHKƏMƏNİ ALDATMASI HAQQINDA
https://cahanplus.com/gundem/5268-onun-dostlari-dusmenlerimiz-ve-mehkemeni-aldatmasi-haqqinda.html
BELƏCƏ ONLARLA MƏQALƏ VƏ TƏNQİDİ STATUSUMLA ƏSLİNDƏ (AR DTX- DAN GÖZLƏNTİ HƏDDİM DEYİL), MƏN AYDIN ƏLİ-ZADƏNİ ÖMÜRLÜK HƏBS ETMİŞƏM. DAHA BİZİM XALQI VƏ DÖVLƏTİ ALÇALDAN, ERMƏNİLƏRİ İSƏ "DAĞA QALDIRAN" 1 CÜMLƏ DƏ YAZMIR.