İcra nümayəndəsi Pirşağını viran qoyub - ŞİKAYƏT

21-06-2015, 15:19           
İcra nümayəndəsi Pirşağını viran qoyub - ŞİKAYƏT
Pirşağı qəsəbəsi icra nümayəndəliyindən şikayət var.

TİA.AZ gundelik-baku.com-a istinadən yazır ki, qəsəbədə icra nümayəndəsi mövcud problemləri həll etmir. İcra nümayəndəsi təyin edildiyi az müddətdə artıq qəsəbədə öz qayda-qanunlarını qoymağa başlayıb.
Boş torpaq sahələri satılıb, yeni tikililər inşa edilir, həmçinin vətəndaşların evlərini artırmalarına, tikinti işlərini davam etdirmələrinə də icazə verilmir. Birmənalı olaraq bildirilir ki, icra nümayəndəsini “görmək” lazımdır.
Qeyd olunur ki, icra nümayəndəsi heç kimi saymayaraq, öz bildiyi kimi davranır və bundan sonra bu cür olacağın bəyan edir. Sakinlər icra nümayəndəsinin bu cür hərəkətlərindən olduqca narahat olduqlarını dilə gətirirlər. İcra nümayəndəsi öz qayda-qanunlarını yürüdürsə, bir müddət sonra edəcəklərini təsəvvür etmək elə də çətin deyil. Bir sözlə, sakinlər icra nümayəndəsinin işinin araşdırılmasını, həmçinin mövcud problemlərinin həll edilməsini istəyirlər.
Sakinlərin sözlərinə görə, yolları bərbad durumdadır, su problemləri var, həmçinin qəsəbə ərazisində əksər küçələrdə yığılmalı zibillər var ki, günlərlə yığılmır. Sakinlər məcbur olub, həmin zibilləri bir yerə yığıb yandırırlar. Bir sözlə, kifayət qədər iş olduğu halda, qəsəbə nümayəndəliyi bu işləri qulaqardına vurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru