Sumqayıtda ağac soyqırımı
10-04-2015, 21:11
Bu gün Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində meyvə ağacını kəsiblər.
Sumqayıtlı şair-publisist Əli Nəcəfxanlı facebook səhifəsində bu barədə yazıb.
“Bizim tarixən ağac kultumuz olub. İbtidai inamlarda ağaca pərəstiş mühüm yer tutub. Bəzi inama görə, ağaclar insan ruhlarının məskəni sayılıb (buna görə ağaclar insanlara baş əyib salam verir). Qədim hunlar hətta ağaca at qurban kəsirdilər. Bir məsəl də var: “Bar ağacını kəsən ömründən kəsər”.
Mənsə elə düşünürəm ki, bar ağacına çiçək vaxtı qıymaq hamilə qadını öldürməyə bərabərdir. Təəssüf ki, bu gün Sumqayıtın 6-cı mkr-da, bizim binanın qarşısında kimsə çiçək çağını yaşayan bir şaftalı ağacını kəsib yerə qoyub. Bu da şəkilləri! Adamın ürəyi ağrıyır. Ağacın qarğışı tutmalıdır o adamı!”
sumqayitxeber.com
P.S. Buna əgər biz Anar Süleymanovun "Bizim Yol"-a göndərdiyi ürək ağrısı ilə dolu şikayətdən bir abzas artıraraq şəkilləri də əlavə etsək Sumqayıtda yaşıllığın vəziyyəti sizə aydın olar.
"Sumqayıt həmişə yaşıl şəhər adlanıb. Belə getsə, bu yaşıllıqdan on il sonra əsər-əlamət qalmayacaq" - "Bizim yol" qəzetinin ötən saylarında dərc edilən şikayət məktubunun müəllifi Anar Süleymanov belə deyir.
teref.az