Şirvan sakinləri narazılığı pik həddə çatıb - VİDEO

9-04-2017, 15:55           
Şirvan sakinləri narazılığı pik həddə çatıb - VİDEO
Bu gün respublikamızın bir çox rayon və şəhərləri ilə müqaisədə Şirvan şəhəri müstəsnalıq təşkil edir. Ancaq çox təəssüflər olsun ki, elə məmurlarımız da var vəzifələinin məsuliyyətini dərk etmirlər. Məmurlarımızın bu hərəkəti xalqda ölkə rəhbərliyinə qarşı antipatiya yaradır. Bir müddət bundan öncə Şirvan şəhər sakinlərinin bir problemini işıqlandırdıq. Düşündük ki, yəqin şəhər administrasiyası bu halla bağlı qanuni tədbirlər görərək sakinləri razı salar. Əfsuslar olsun ki, elektron ünvanımıza olunan müraciətlər bunun tam əksini deyir. Belə ki, qanuna müvafiq olaraq yolun hərəkət istiqamətlərində sərnişinlər üçün iki dayanacaq nəzərdə tutulub. Bu dayanacaqlardan hal hazırda hər ikisi də fəaliyyət göstərir. Ancaq dayanacağın biri Ev Alqı-Satqısı ofisi kimi digəri isə dayanacaq kimi fəaliyyətdədir. İçtimai nəqliyyatdan istifadə edən şəhər əhalisi artıq dayanacağın birindən istifadə edə bilmir. Bu dayanacağın kim və ya xud kimlər tərəfindən satılması bizim maraq dairəmizdə deyil. Bizi maraqlandıran təkcə kasıb təbəqənin yağmurlu boranlı havalarda harda dayanıb nəqliyyat gözləməsi problemidir.

BakuNews.az olaraq rel vəziyyətin video görüntülərini sizlərə təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=o_BUY4yCqXs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru