Qazaxda yol polisi “yolçuluq” edir İTTİHAM/FOTO
28-07-2017, 12:13

teref.az-nun poçtuna Qazax sakini tərəfindən yol polisindən şikayət daxil olub. Çikayətçi yazır:
Son illər Qazaxda yol polisinə təsadüfi kadrların gəlişi vətəndaşlar arasında haqlı narazılığa çevrilib. Söhbət ondan getmir ki, polisə işə düzələnlər vətəndşlardan icazə almalıdır, məsələ bundadır ki, həmin polis işçiləri xidməti vəzifələrini yerinə yetirərkən sürücülərlə kobud davranır, əsaslı-əsassız onları saxlayır, nəticədə rüşvət tələb edirlər. Görünür onlar işə qəbul edilərkən təlimatlandırılmır və işdə ciddi nöqsanlara yol verdiklərinə görə isə cəzalandırılmır.
Bir neçə ildi ki, Qazax Dövlət Yol Polis Bölməsində işləyən serjant Rüstəm Xasayev də narazılıq yaradan polis işçilərindəndir. O, Qazaxda “pampers Rüstəm” adı ilə tanınır. Yəni, yol polisi vəzifəsindən qabaq Xasayev Sınıq Körpü Sərhəd Keçid Məntəqəsindən rayona pampes daşımaqla məşğul olub. İndi isə sürücüləri şərləməklə, onlardan rüşvət tələb edərək dövlət qanunlarımızı pozmaqla məşğuldur. Adicə onun 26 iyul 2017-ci il taridə, 09: 50 radələrində Qazax şəhərində köhnə hərbi komissarlığın qənşərində sürücülərə “divan” tutması deyilənlərin əyani sübutudur. Çəkdiyimiz şəkildən də görünür ki, yol polis işçisi Rüstəm Xasayev 99 YP 143 dövlət nömrə nişanlı polis maşını ilə giriş qadağandır yol işarəsinin altında saxlayaraq sürücüləri incidir, vəzifəsindən sui istifadə edərək onları hədələyir. Daha sonra şikayətçi teref.az-ya yazır, əvvəla əgər həmin işarə varsa heç yol polis işçisinin də haqqı yoxdur ki, yol nişanının altında maşın saxlasın. Bunun özü birbaşa qayda pozuntusudur. Üstəlik, sürücülərdən hansısa qayda tələb etməsi qəti şəkildə yol verilməzdir. Belə çıxır ki, həmin yol polis işçisi təlimatdan, davranış qaydalarından uzaq düşüb. Şübhə yoxdur ki, belələrinin tələb olunan yerdən gətirdiyi arayışda və xasiyyətnamədə əsl siması gizlədilib. Araşdırmalar göstərir ki, polis adına ləkə gətirən Rüstəm Xasayev çox oyunlardan çıxıb. O da məlumdur ki, serjant Rüstəm Xasayev, hətta xidmətdə olmadığı vaxtlarda da digər avtomobillərə əyləşib soyğunçulyq edir. Rüstəm Xasayev sürücülərlə belə davranmasında Qazax Rayon Yol Polis bölməsinin rəisi, polis kapitanı Eldəniz Həsənovu günahlandırır.
Bildirir ki, “rəis bizə plan qoyub. Hər gün onun planını doldurmalıyıq. Mən də məcburən sürücüləri saxlamalı, onları cərimə adı altında rüşvətə təhrik etməliyəm”.
Bəli, faktlar göz qabağında olduğu halda əlavə şərhlərə ehtiyac duyulmur. Əlaqədar orqanların məsələyə münasibət bildirməsi isə məncə daha vacibdir.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
Vəkil Rüstəm
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə və saytımızda işıqlandırmağa hazırıq!
teref.az
