Heydər Əsədov 6 MILYONA VILLA ALDI - son dəqiqə

31-07-2017, 09:34           
Heydər Əsədov 6 MILYONA VILLA ALDI - son dəqiqə
Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb.

Belə şəxslərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Vaxtilə, Hesablama Palatasının sədri olan Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla quda olan və sonradan nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başlayıb.

Nazirin bu yaxınlarda yeni villa aldığnı öyrəndik. Saytımızı bununla bağlı bilgiləndirən mənbə Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim edib. Bakının “Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6 milyona aldığı bildirilir. Məlumatda qeyd olunur ki, artıq nazir Bakının Səbail rayonundakı (“Torqovı” adlandırılan-red) mənzilindən yeni villasına köç edib.(rublika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru