"QAX KONSERV" ASC-də oğurluq - qanun keşikçiləri isə susur (ŞİKAYƏT)
31-07-2017, 09:57

"QAX KONSERV" Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə oğurluq olub. İddiaya görə, naməlum şəraitdə oğurlanan 9(doqquz) ədəd 25 (iyirmi beş) tonluq paslanmayan metaldan olan cənlər (hər birinin dəyəri 12.500 manat) dəyərindədi. Məlum hadisə ilə bağlı rayon prokuroruna və Polis idarəsinin rəisinə məlumat verilsədə hansısa səbəblərdən baş vermiş hadisəyə etinasız yanaşılıb. Azerinews.tv –yə müraciət edən "QAX KONSERV" Açıq Səhmdar Cəmiyyətinin sədir müavinin dediyinə görə, “hadisə baş verəndən müraciət etmədiyimiz yer qalmayıb. Rayon hüquq – mühafizə orqanları bilərəkdən hadisəni edənləri cəzalandırmır. Bu səbəbdən də aylardı rayonda qanun keşikçilərinin qapılarında qalmışıq...”
Şikayətçi hadisəyə hüquqi qiymət verilməsi üçün Preziden İlham Əliyevdən, Baş Prokuror Zakir Qaralovdan və Daxili İşlır naziri Ramil Usubovdan kömək istəyini öz müraciətində bildirib. Zərər çəkmiş şəxs, hadisəni törədən, onlara külli-miqdarda ziyan vuranların ciddi şəkildə cəzalandırılmasını və oğurluq edənlərin əməllərini gizlətməyə çalışan qanun keşikçilərinin də bu hərəkətlərinə qanuni qiymət verilməsini tələb edir. Və ədalətin qəlbə çalacağına inanır...
"QAX KONSERV" Açıq Səhmdar Cəmiyyətinin sədir müavinin saytın elektron ünvanına göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edirik.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Hörmətli, Baş Prokuror Zaki Qaralov, Daxili Işlər Naziri Ramil Usubov,
Sizlərə bildirirəm ki, Qax şəhəri Heydər Əliyev pr. 1 ünvanında yerləşən "QAX KONSERV" Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidən 06 iyul 2017-ci il tarixində naməlum şəraitdə 9(doqquz) ədəd 25 (iyirmi beş) tonluq paslanmayan metaldan olan cənlər (hər birinin dəyəri 12.500 manat) oğurlanmışdır.
Bu barədə 07.07.2017-ci il tarixində Qax rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişik. Lakin üstündən xeyli müddət ötməsinə baxmayaraq heç bir ciddi tədbir görülməmişdir. Halbuki oğurluq hadisəsini törədən şəxslər və oğurlanmış cənlərin alıcısi polisə tam surətdə məlumdur.
Yazıb sizdən xahiş edirəm ki, həmin hadisəyə hüquqi qimət verilməsinə köməklik göstərəsiniz...”
“Qax Konserv” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini:
Rzaquliyev Y.Ş Tel: 055-908-88-72
Mövzuyla bağlı araşdırmalarımız davam edir. Növbəti yazıda şikayətçinin video müsahibəsini də işıqlandırmağa çalışacağıq. Bizi izləyin