Zakir Fərəcov Hacıbala Abutalıbovu "Misir inqilabı üsulu" ilə devirmək istəyir - İcra başçısı "Facebook"a sarılıb...
14-04-2015, 10:44
Abşeronun icra başçısı Zakir Fərəcovun Bakı meri olmaq istəyi bir qədər səngisə də, yenidən alovlanmağa başlayıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, sözügedən məmur bu dəfə əvvəlki taktikasını təkrarlamaq istəmir. Çünki həmin taktika ilə uzun illər işə yaramayıb.
Son məlumatlara görə, Zakir Fərəcov Bakı meri olmaq üçün yenidən hücuma başlayıb. Qeyd edilir ki, Abşeronun icra başçısı bu dəfə fərqli yöntəmlərə də baş vurur. Həmin fərqlilikdən biri də odur ki, Fərəcov Hacıbala Abutalıbovu Facebook vasitəsi ilə «vurmağa» start verib. İddia olunur ki, icra başçısı rəqibi ilə mübarizə aparmaq üçün sosial şəbəkələrin imkanlarından yararlanmağa çalışır.
Belə ki, Zakir Fərəcov yerinə keçmək istədiyi Abutalıbov barəsində, Bakının bərbad vəziyyəti və digər məsələlərlə əlaqədar məlumatların yayılmasıdır. Həmçinin Abşeronun icra başçısı tərəfindən bu məsələyə təhkim edilmiş bir neçə işçi ancaq Facebooku izləməli, orada Hacıbala Abutalıbovla bağlı məlumatlar yaymalıdır.