Cəlilabad polisində nələr baş verir İTTİHAM /VİDEO
9-09-2017, 10:36

Artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar rayon polis idarələrində yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan sadə vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdı. Qeyd etmək istəyirəm ki, bununla bağlı xalqımızın Daxili İşlər Naziri Ramil Usubov cənablarına böyük ümidləri var.
Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir.

Belə hal ilə üzləşən Cəlilabad rayon Göytəpə şəhər sakini 1981-ci il təvəllüdlü Əliyeva Aynurə Xıdır qızıdır. "Realnewsinfo.com" xəbər saytına məlumat verən şikayyətçi qeyd edir ki, dəfələrlə mənə Cəlilabad rayon polis işçiləri təfindən əxlaqsızlıq təklifləri olunub. Bununla bağlı olaraq aidiyyatı qurumlara məlumat vermişəm. Amma mənim şikayyətimlə maraqlanan olmur. Şikayyətçi Aynurə Əliyeva qeyd edir ki, yəqin bəzi qurumların mənim başıma Cəlilabad Polisləri tərəfindən gətirilən müsibətlərdən xəbərləri var, lakin, heç bir iş görülmür. Nədə ki, bu əxlaqsızlıq təklifi edən Cəlilabad polislərinin etdiyləri özbaşınalıq fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə edilmir. A.ƏLİYEVA deyir ki, məxsusi olaraq bu işlər üçün ayrılmış GÖYTƏPƏ POLİS BÖLMƏSİNİN SAHƏ RƏİSİ FİDİ KİMİ TANINAN ŞƏXS VƏ ƏMƏLİYYATÇI VƏZİFƏSİNİ DAŞIYAN SAMİR ADLI ŞƏXS əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Bütün bunlara baxmayaraq Cəlilabad rayon sakini Aynurə Əliyeva Cəlilabad Polis şöbəsində çalışan, Samir və eyni zamanda Fidi kimi tanınan polis işçilərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanır.
Daha ətraflı izləyəcəyiniz Video materialda...
Bizdə öz növbəmizdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərovun və Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.
Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİNİN RƏHBƏRLİYİNDƏN və əlaqədar şəxslərdən yuxarıda adı çəkilən polis əməkdaşları barədə qanunla nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görülməyini və Aynur Əliyevanın üzləşdiyi probleminin tezliklə həll olunmasına köməklik göstərilməsini xaiş edirik. Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbətı məqaləmizdə)
Təqdim etdiyimiz faktlarla bağlı bu dəfə dövlət qurumlarının daha ciddi davranacağına ümid edirik.
http://realnewsinfo.com
Problemin varlığını və eləcədə butunluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.
Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq.
realnewsinfo.com

