Ağdamın icra başçısından "at gedişi"

15-04-2015, 10:18           
Ağdamın icra başçısından "at gedişi"
Xəbər vermişdik ki, ötən həftə Ağdamın təhsil şöbəsinin müdiri Elmira Hükürova vəzifəsindən azad edilib. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, rayonun icra başçısı Raqub Məmmədovla yola getməyən şöbə müdirinin postundan uzaqlaşdırılacağı gözlənilən idi.

Son məlumatlara görə, Dövlət Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılan Elmira Şükürova vəzifəsiz qalmayacaq. Və onun yaxın günlərdə Kəlbəcər rayon Təhsil Şöbəsinə müdir təyin ediləcəyi artıq qətiləşib. Hətta Şükürova bu məqsədlə həmin şöbənin yerləşdiyi Gəncəyə köçüb.

JAM.AZ-a verilən məlumata görə, Ağdam Təhsil Şöbəsinin boş qalmış müdir yerinə icra başçısı Raqub Məmmədov yeni təyinat etməyə çalışsa da, Təhsil Nazirliyi ilə aralarında narazılıq yaranıb. Həmin xəbərlərdə deyilir ki, Ağdamın icra başçısı kimi qeyd olunan postda görmək istədiyi barədə təqdimatını artıq nazirliyə təqdim edib. Amma Mikayıl Cabbarovun əyan-əşrəfi ora başqa bir yerdən şöbə müdiri göndərmək fikrində olduğundan icra başçısının adamının üzərindən xətt çəkiblər. Bu isə Raqub Məmmədovun ürəyincə olmayıb və onun adamından başqa Ağdama göndəriləcək istənilən şəxslə işləməyəcəyini bildirib.

P.S. Bu əsnada, Raqub Məmmədovun Ağdama icra başçısı gəlmək üçün bəzi oyunlar oynadığının da üzəri açılıb. Həmin məlumatlarda keçmiş icra başçısı Nizami Sadıqovun qumar oynaması ilə bağlı xəbərlərin necə dövriyyəyə buraxılması, bəzi gizli çəkilişlərin aparılması, həmin videoların ilgili qurumlara çatdırılması, habelə hmin vaxt yerli məurların göstərdiyi xidmətlərdən bəhs olunur. Məsələ ilə bağlı geniş araşdırma apardıqdan sonra oxuculara məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.