Bakıda misligörünməmiş ağac qətliamı- FOTOLAR

15-04-2015, 10:47           

Bir müddət öncə Moderator.az paytaxtın 7-ci mikrorayon ərazisində, Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində tikintisi aparılan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına bitişik ərazidə Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin inzibati binasının tikintisinə başlanıldığını əks etdirən material vermişdi.

Həmin material bu linkdə---moderator.az/index.php?xeber=69545

Sayt həyəcan təbili çalaraq ərazidəki yüzlərlə ağacın kəsilməsini, az qala bir park boyda ərazidə ağac qətliamının növbəti mərhələsinə start verildiyini aləmə car çəkmişdi.

Artıq həmin ərazidəki qətliam baş verdi və bir neçə hektar ərazidəki ağaclar qırılaraq maşınlarla daşındı. Beləcə ağır ekoloji durumda olan paytaxtın ağciyərlərinə daha bir zərbə vuruldu...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru