Lənkəranın icra başçısından mətbuata fakt ötürən “inanılmış kadr” kimdir?

12-02-2018, 22:46           
Lənkəranın icra başçısından mətbuata fakt ötürən “inanılmış kadr” kimdir?
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov mütəmadi olaraq medianın diqqət mərkəzinə düşür.

Adətən həmin informasiyalar rayondakı özbaşınalıq, qanunsuzluq və maliyyə maxinasiyaları ilə bağlı olur ki, bu da digər rayon rəhbərləri üçün də xarakterik cəhətdir. Yəni, nə qədər paradoksal səslənsə də hazırda ölkənin bütün rayonları eyni gündədir, təxminən eyni qaydalarla idarə olunduğundan yerlərdən daxil olan şikayətlər də oxşardır. Bu baxımdan Lənkəran rayonu ilə bağlı mətbuatda dərc olunan materiallara xüsusi önəm verməmək də olardı. Amma...

Amması odur ki, Lənkəran RİH başçısı ilə bağlı hərdən elə məlumatlar peyda olur ki, həmin informasiyanın məhz yaxın ətrafdan çıxmasını düşünməkdən başqa yol qalmır.

Savash.org xatırladır ki, bir müddət öncə ölkə mediasında Lənkaranın icra başçısı Taleh Qaraşovun bahalı maşın alması ilə bağlı bağlı informasiyalar dolaşmağa başladı. Həmin informasiyada icra başçısı bahalı avtomobil və dəbdəbəli həyat həvəskarı kimi xarakterizə edilmiş, hətta yeni aldığı avtomobilin dövlət nömrə nişanı belə mediaya sızdırılmışdı.

Bildirilirdi ki, Lənkaranın icra başşısı özünə 150 min manata son model “Range Rover” avtomobili alıb. Daxil olan xəbərdə iddia olunur ki, uzun illərdi icra başçısı postunu tutan Taleh Qaraşovun bu illər ərzində sahib olduğu bahalı malikanələr və obyektlərini nəzərə almasaq, aldığı 5-ci bahalı atomobildir. Öz biznesini Lənkaranda genişləndirən başçı, rayonunda ən bahalı obyektlərə sahib olması yerli sakinlər arasında təccüb belə doğurur. Mənbə qeyd edirdi ki, icra başçısının 2017-ci il buraxılşlı və 150 min manata aldığı maşının nömrəsi də çox bahalıdı. 10 UH 002 seryalı bu avtomobilin nömrsini rayon rəhbərinin yaxın dostu Müşviq Rəhimov hədiyyə edib. Məlumattda o da iddia olunurdu ki, Taleh Qaraşovun müavini Rasilə Əliyev da prinsipə həmin avtomobilin ağ rəngindən, 120 min manata alıb. 90 EG 800 seryalı bu bahalı maşın rayonda dillər əzbərinə çevrilib.

Savash.org-u məlumatlandıran mənbənin iddiasına görə isə bu və vu qəbildən olan kompromatlar mətbuata maraqlı şəxslər tərəfindən, elə icra başçısının öz ətrafı tərəfinddən ötürülür. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir və mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.