OLİMPİYA ŞƏHƏRİNİN İCRA BAŞÇISI SAHİBKARIN MÜLKÜNÜ ƏLİNDƏN ALIB - PREZİDENTƏ ŞİKAYƏT
16-04-2015, 16:25
UNDEMİNFO.AZ-da aprelin 9-da Mingəçevirdə yaşayan sahibkar, «Vətən-A» MMC-nin təsisçisi Azər Qasmıov şikayət ərizəsi ilə müraciəti yayımlanmışdı. Həmin müraciətdə sahibkar bildirirdi ki, qanuni nəzarətində və mülkiyyətində olan torpağı icra başçısı Niyazi Bayramov tərəfindən mənimsənilib.
Sahibkar iddia edir ki, başçı qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə dair sənədi qüvvədən salaraq başqa şəxslərə satmaq istəyir.
Əvvəlki yazı burada
Qeyd edək ki, şikayətçi bir neçə dəfə hüquqlarının müdafiəsi ilə bağlı olaraq məhkəmələrə üz tutub və haqqını bərpa edə bilib. Lakin sahibkarın iddia etdiyinə görə, Niyazi Bayramov öz inzibati imkanlarından istifadə etməklə məhkəmələrə təzyiq göstərərək qəbul edilmiş qətnamələri digər instansiyalarda ləğv etdirə bilib.
GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunları ərəfəsində Mingəçevirdə də tədbirlər həyata keçiriləcək. Bu səbəbdən də Mingəçevirin icra başçısı şəhərdə bir sıra tədbirlərin görülməsi hazırlıq işlərinin aparılması adı altında sahibkarlara da təzyiqlər edir. Artıq son zamanlar mülkiyyət hüququ pozulmuş xeyli sayda sahibkar da Niyazi Bayramovun yaranmış vəziyyətdən, yəni Olimpiya Oyunlarına hazırlıq üzrə fəaliyyətindən sui-istifadə edərək yararlanmaq istəməsindən şikayət edirlər. Saytımızda yayımlanan «Vətən-A» MMC-nin sahibi Azər Qasımovun şikayətinin ardını sizlərə təqdim edirik. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.
Belə hesab edirəm ki, aşağıda qeyd olunan səbəblərə görə məhkəmənin qərarları qanunsuz və əsassızdır :
1.Torpağın kimin mülkiyyətində olub-olmamasını ( hətta Torpaq və Hüquq şöbəsinin səlahiyyətli nümayəndələri bu məsələyə aydınlıq gətirə bilmədilər) hakimin tələbi üzrə təqdim edilən mübahisəli torpağın xəritəsi işə aydınlığ gətirmək əvəzinə inzibati işdə anlaşılmazlıq yaratdı və hakim tərəfindən bu fakta hüquqi qiymət verilmədi;
2.Sərəncamda mövcud olmayan hüquqi şəxs haqda verilən qərar hansısa səbəbdən hakim tərəfindən birmənalı şəkildə qəbul edildi (“Vətən-A “MMC Vətən kooperativinin hüquqi varisi olduğu nəzərə alınmadı );
3.Vətən kooperativinin fəaliyyət göstərmədiyi qərarın əsaslandırıcı hissəsinin biridir (halbuki inzibati işdə kooperativin 1995-ci ilin iyun ayına qədər fəaliyyəti ilə bağlı kifayət qədər rəsmi dövlət ortqanlarının təqdim etdiyi sübütlar vardır);
4.Mingəçevir şəhər İH “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” əsasən mülkiyyətçisi müəyyən olunmayan torpağla bağlı hansısa bir qərar vermək səlahiyyətinə malik olmaması, torpağı almağa səlahiyyəti olsa belə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün prosedur qaydalarına riayət edilməməsi hakim V.Qasımov tərəfindən nəzərə alınmamışdır;
5. Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarında torpağın hansı qaydada icarəyə verilməsi qeyd edilməsədə, hakim öz subyektiv fikiri ilə elə nəticəyə gəlmişdir ki, torpağ kooperativə daimi istifadəyə verilib (bunun heç bir hüquqi əsası olmamışdır);
6. Mingəçevir ŞİH və hakim V.Qasımov belə hesab edir ki, kooperativ keçən müddət ərzində tam fəaliyyətsiz olmuşdur, MMC-nin illərlə dövlətə vergi ödədiyinə qiymət verilməmişdir;
7.Sərəncamın hüquqi əsasını təşkil edən Torpaq şöbəsi tərəfindən verilən aktın sonradan tərtib edildiyi hansısa səbəbdən heç araşdırlmadan saxlanılmışdır, halbuki Mingəçevir İH aktın qüvvədə olan qanunvericiliyin hallarına uyğun olaraq sərəncam verilənədək AKT-ın tərtib olunduğunu sübut edə bilməmişdir. Kooperativin, sonralar MMC-nin 22 il ərzində istifadəsində olan mübahisəli torpağın mənim tərəfimdən min bir əziyyətlə bataqlıqdan istifadəyə yararlı hala (bunun üçün nə qədər texnika, işçi qüvvəsindən və maliyyə vəsaitndən istifadə etmişəm) gətirilməsi nəzərə alınmamış, torpağın digər təsadüfi bir şəxsə hansı qaydada verilməsi faktı heç hakim V.Qasımovu maraqlandırmamışdır.
8. Hakim V.Qasımov bu qətnaməsi ilə “Vətən-A” MMC-nin hüquqi şəxs olduğunu nəzərə almamış və fəaliyyətini məhdudlaşdırmışdır.
9. Mingəçevir Şəhər İcra Hakimiyyətinə qüvvədə olan qanunvericiliyin
tələblərinə uyğun olaraq torpaq sahəsinin geri alınmasına və istifadə hüququna xitam verilməsi səlahiyyəti verilməmişdir. Belə ki. “Azərbaycan Respublikası Torpaq məcəlləsinin 103-cü maddəsi” haqqında AR Konstitutsiya Məhkəməsinin 27.07.2000-ci il tarixli qərarına əsasən torpqa sahələrinin verilməsi, geri alınması, onlara xitam verilməsi, habelə digər torpaqla bağlı yaranan mübahisələr həmin qərarın təsvir hissəsində AR Torpaq Məcəlləsinin 73 və 75–ci maddələrinin təhlili verilmişdir. Həmçinin AR Yerli İcra Hakimiyyəti haqqında əsasnamədədə Mingəçevir Şəhər İcra Hakimiyyətinədə torpq sahəsi üzərində xitam verilməsi nəzərdə tutulmamışdır. AR 25.06.1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş AR Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə AR 06.03.2000-ci il tarixli 291-saylı fərmanına əsasən AR Torpaq Məcəlləsinin 75-ci maddəsinin I hissənin səlahiyyətlərini yəni AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin I bəndinin 8-ci abzasının nəzərdə tutulmuş hallarda torpaq üzərində dövlət ehtiyatları üçün ayrılmış torpaq sahəsi üzərində səlahiyyətləri AR Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Beləliklə də I instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama qarşı hüququ olmadığı düzgün qeyd olunmuşdur.
10. Belə səlahiyyət Mingəçevir şəhər İcra Hakimiyyətində olsa belə AR
Torpaq məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin maddənin I bəndinin 8-ci abzasında nəzərdə tutulmuş müvəqqəti istifadəyə və icrayə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi Məhkəmə tərəfindən həyata keçirilir. 3-cü bəndə qeyd olunub ki, bu qayda tərəflərin razılığı ilə geri alındıqda tətbiq olunmur. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyəti bu torpqğı geri alanda mənim razılığımı almalı idi.Lakin İcra Hakimiyyəti tərəfindən məndən belə razılıq alınmamışdır, halbu ki, Apellyasiya şikayətində cavadeh qeyd etmişdir ki, guya 2013-cü ildə mən dəfələrlə xəbərdar edilmişdir.Məhkəməyə isə bununla bağlı heç bir sübut təqdim etməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti nəzərə almamışdır ki, AR torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən həmin məcəllənin 7-ci abzasında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbardarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.Belə xəbərdarlıqda 22 il ərzində kooperativə daxil olmamışdır.
11.AR Ali Məhkəmənin 14.02.2003-cü il tarixli Torpaq Qanunvericiliyinin
Məhkəmələr tərəfindən tətbiqi təcürbəsini bəzi məsələləri haqqında 2 saylı qərarın 8-ci bəndinə əsasən mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların geri alınması müvafiq İcra Hakimiyyəti Orqanının və ya Bələdiyyənin vəsatəti əsasında yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir.Həmin qərarın 3-cü hissəsində qeyd olunur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir.Mingəçevir şəhər İcra Hakimiyyəti hələdə müəyyənləşdirə bilməmişdir ki, bu torpağın məqsədli təyinatı nədir və torpaq üzərində mülkiyyətçi kimdir? Torpağın Bələdiyyə fonduna daxil olması və yaxud Dövlət fonduna daxil olması aydınlaşdırılmamışdır.
12. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, Mingəçevir şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə torpaq başqa şəxsə istifadəyə verilmişdir. Lakin I istansiya məhkəməsində Mingəçevir şəhər İcra Hakimiyyəti bilərəkdən bu faktı gizlətmişdir.Məhkəmə prosesi xeyli müddət getdiyinə baxmayaraq,
İcra Hakimiyyəti bu müddət ərzində yəni məhkəmənin sərəncam verdiyi tarixdə, hazırlıq iclasında və Mingəçevir şəhər Torpaq şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi müddətdə yeni sərəncamı, Mingəçevir İH ünvanladığı 29.04.2013-cü il tarixli xidməti məktubu məhkəməyə təqdim etməmişdir.
13.Məhkəmənin qeyri-obyektiv, açıq-açığına inzibati işi Mingəçevir ş. İH xeyrinə aparması mənim qərar elan edilməmişdən əvvəl 10.11.2014-cü il tarixdə “hipertoniz kriz” simptomu ilə Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası tərəfindən tibbi yardım göstərilməsinə gətirib çıxarmışdı. Odur ki, mən 11.11.2014-cü il tarixdə teleqramla üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyimi bildirərək, işin təxirə salınmağını xahiş etdim və nəticədə məlum oldu ki, hakim V. Qasımov teleqrama məhəl qoymamışdır.
14.Hal-hazırda Mingəçevir ŞİH-nin bir-sıra məmurları tərəfindən Mingəçevir Başçısı ilə mübahisə etməməyimə, AR Ali məhkəməyə şikayətin heç bir müsbət nəticə verməyəcəyinə dair təzyiqlər göstərilsə də, mən ümüd edirəm ki,hüquqi bir dövlətdə yaşayıram, dövlətin tam hüquqlu vətəndaşı kimi
qanun qarşısında hər bir kəsin bərabər hüquq və vəzifələrinin olmasına
inanaraq AR Şəki Apellyasiya məhkəməsinin hakimi V. Qasımovun 12.11.2014-cü il tarixli qərarından AR Ali Məhkəməsinə kassasiya şikayətim üzrə AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəıməsinin 12.11.2014-cü il tarixli qərarı qüvvədə qalmışdır. Qərarda mənim güya 1993-cü ilə qədər işlədiyimi sübut edən faktlar olmadıqı qeyd olunmuşdur,halbuki işdə DSMF və verginin bu haqda rəsmi sənədləri var.
Mən Niyazi Bayramovun qanunsuz hərəkətlərinin qarşısını ala bilmədiyim üçün Avropa Məhkəməsində öz pozulmuş hüquqların bərpasına, Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair müraciət etmək məcburiyyətində qaldım.
Belə ki,Sahibkarlıq fəaliyyətini bərpa edənədək öz haqq səsimim bütün ölkələrdə,problemlemimə köməklik edənlər tapılana kimi,Prezidentin qəbuluna düşmək üçün bir qrup 4-cü hakimiyyət nümayəndələri ilə ölkə Prezidentinin apardığı siyasətə qarşı deyil,əksinə öz Prezidentimizi sevirək,qəbul etdiyi qərarları ürəkdən bəyənirik,xalqımızın rifahi naminə atdığı hər bir addımı dəstəkliyirik.Ancaq pozulmuş hüququmu bərpa etmək üçün bunu etməliyəm ki ölkə rəhbərinə qarşı lazımsız hərəkətləri yaradan şəxslər üzə çıxıb cəzalansınlar,yoxsa başqa vasitələrə də əl atarlar.
Odur ki,yuxarıda qeyd olunanları istinad tutaraq,ğöstərdiyimiz halları nəzərə alaraq aidiyyatı üzrə pozulmuş hüquqlarımın bərpasına və qanundan sui-istifadə edənləri cəzalandırılmasını Sizdən xahiş edirəm.
Əlavə olaraq Sizdən bununla bağlı məni və KİV-nin nümayəndələrini qəbul etməyinizi xahiş edirəm.
Qoşma:
1.Mingəçevir ş.XDS İK 18.02.1991-ci il tarixli 52 saylı qərarı
2.YAP-ın üzvülük vəsiqəsinin sürəti
3.Şəxsiyyət vəsiqəsinin sürəti
4.AR Şəki Apellyasiya məhkəməsinin 12.11.2014-cü il tarixli qərarın sürəti
5.AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarının sürəti
“Vətən-A “ Məhdud Məsuliyyətli
Cəmiyyətin təsiçisi: : Azər Qasımov