Fermerlər halal pullarını ala bilmirlər... - Nazirliyə də şikayətlər var

14-03-2018, 10:19           
Fermerlər halal pullarını ala bilmirlər... - Nazirliyə də şikayətlər var
“Pambıq, tütün, şəkər çuğunduruna ayrılan subsidiyalarının verilməsi ilə bağlı narahatlığa əsas yoxdur”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Nazirliyin Çağrı Mərkəzinə də şikayyətlər daxil olur:

“Bir həftə əvvəl kənd təsərrüfatı nazirinin müavininin sədrlik etdiyi Respublika Komissiyası subsidiyaların verilməsi ilə bağlı qərar verib. Həmin qərar Maliyyə Nazirliyinə, Hökumət orqanlarına, yerli icra və kənd təsərrüfatı orqanlarına verilib. Qərara Maliyyə Nazirliyində baxılacaq və yaxın günlərdə fermerlər plastik kartlar vaistəsilə Kapital ASC-dən subsidiyanı əldə edə biləcəklər”.

Murtuzəli Hacıyevin sözlərinə görə, şəffaflığın təmin olunması məqsədilə Nazirliyin internet saytında istehsalçıların adları, ayrılan subsidiyaların məbləğı ilə bağlı məlumatlar yerləşdirilib: “Fermerlər hər hansı uyğunsuzluqla rastlaşarlarsa, 0652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru