Saygaca müdaxilə aşkaralanrsa və abonent sayğaca müdaxilə etdiyini qəbul edərsə paylayici tərəf hansi qanuna müvafiq tədbirlər görür.?
19-06-2018, 00:06

teref.az olaraq Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının qaz istehlakçılarının suallarına cavabını oxuculara təqdim edirik:
Təşkilatımıza qaz istehlakçıları tərəfindən suallar daxil olunur.Bu sualları mütəxəsisə yönəltdim.Onun verdiyi cavabları oxumanız mütləqdir.Oxuyun ki, məlumatınız olsun
1.Saygaca müdaxilə aşkaralanrsa və abonent sayğaca müdaxilə etdiyini qəbul edərsə paylayici tərəf hansi qanuna müvafiq tədbirlər görür.?
-Əgər abonentin qaz sayğacı müdaxilə fakti aşkarlanarsa xidmət sahəsinin mütəxəssisləri tərəfindən sayğaca baxış kecirilir və müdaxilə fakti aşkarlanib və abonentdə bunu qəbul edib. Istənilən halda sayğac Dövlət yoxlamasına göndərilməlidir əgər sayğac abonent tərəfindən 5-il tamam olmayibsa sayğacın cixarılma aktina növbədən kənar, 5-ili ötübsə növbəti dövlət yoxlamasına göndərilsin sözləri yazılır aktin qeyd yerində isə metroloq sayğacda olan qüsur bölməsində ancaq gördüyü qüsuru yaza bilər. Məsələn sayğacın plastmas qapağının alt hissəsi deşilib, və ya sayğacın cixişindaki plastmas boru deşilib, əriyib və s . Sayğac acildiqdan sonra abonentə yeni sayğac qutraşdirilir onunda dəyəri abonent tərəfindən “Azəriqaz” İB-nin hesabina 91.20 AZN ödənilir. Bundan sonra sayğacı quraşdıran şəxslər tərəfindən evdə olan qaz qurğuları inventar olunur və akda sayğacın cixarılma aktının istismarda olan qaz qurğuları qrafasinda qeyd olunuraq sayğac Dövlət yoxlamasına göndərilir. Sayğaca müdaxilə rəyi verildikdən sonra abonentə “Təbii qazin istifadə qaydalarını pozulmasi haqqında ” akt tərtib olunur yenidən həmin mənzilin qaz qurğularına baxış kecirilir və aktda qaz qurğuları haqqında cədvələ qeyd olunur. Hesabat isə əlbətdə ki, sayğacin cixarilma aktinda qeyd olunan cihazlarin saatliq qaz sərfinə uygun olaraq aparılir.
2.Hesabat mövcud qanunvericilik Nazirlər kabitinin qərari və ARDNŞ-nin hüquqi normativ sənədlərinin bəndlərinə uyğun necə aparilir ?
-Hesabat əsəsn sayğacın cıxarılma aktında qeyd olunan tarixə uyğun dəyişə bilər məsələn sayğac acilib 25 iyun 2018-ci il tarixdə və cihazlar bölümündə 1-ədəd mətbəx tipli PQ-4, 1-ədəd Suqizdirici (Ptiminutka) və 1-ədəd Radiator sobası, sayğacın cixarilma tarixindən geri 90 gün götürsək iyun ayinin 25 günü və may ayinin 31 günü və aprel ayinin 15 günü yay rejimində hesablanmalidir belə desək 25+31+15=71 gün yay və 90-71=19 gün qiş rejimində dəymiş ziyan hesablanmalidir.
s/s Qaz qurğusu Maksimal saatlıq qaz sərfi sayı Umumi qaz sərfi
1 Qaz plitəsi mətbəx üçün PQ-4 1.2 1 1.2
2 Suqizdirici Ptiminutka 1.5 1 1.5
3 Radiator sobasi 0.75 1 0.75
1.2 x4x71=341
1.2x6x19=137
1.5x4.71=426
1.5x8x19=228
0.8x18x19=273.6
СƏMİ: 1406 m3
3.Niyə siz radiator sobasini 19 gün götürdünüz?
-Məsələ burasindadir ki, Azəriqaz İstehsalat Birliyi qeyri qanuni olaraq radiator və digər ev qizdiran tipli qaz qurğularını ilin fəsilindən asili olmayara sutqaliq 18 saat olmaqla gün sayi 180 günə vurmaqla istehlakciya qeyri qanuni olaraq cərimələr tətbiq edir. Amma qeyd edim ki, insanlar mariflənməlidir bilməlidir ki bu yayin istisində hec kim qizdirici cihazdan istifadə etmir və niyə görə 18 saatla hesabat aparimalidir.
4.Fakt olaraq halhazirda acilan qaz sayğaclarina cərimələr tətbiq olunur?
-Əlbətdə olunur hətda belə deyək mənzildə bir ədəd PQ-2 olmasina baxmayaraq bir ədəd də dəmir pec məcbur edilərək akta qeyd elətdirillər Satilan qaza nəzarət şöbəsinin işciləri tərəfindən
5.Niyə məhz dəmir pec?
Cünki dəmir pecin saatlıq qaz sərfi 1.4 m3/saatdir onunda hesabati 1.4x18x180=4536 m3 edir.
Məsələn Xacmaz Regional Qaz İstismari İdarəsində may ayinda 104 ədəd abonentə qaz sayğacina müdaxilə aşkarlanaraq aktlar tərtib olunmuş və nəticədə 548270 m3 qaz hesablanaraq abonetlərin borc hesablarina vurdular buda orta hesabla hər abonentə 5271 m3 qaz deməkdir
Çox vaxt tərtib olunmuş aktlarda hesablama bilərəkdən düzgün aparılmır.Akta əlavə cihazlar yazılır və cihazların işlətdiyi qaz hesablanarkən metodiki tövsiyyələrə zidd olaraq 90 gün əvəzinə 180 gün hesablanır nəticədə dəymiş ziyan 5-6 qat artiq olur
Bunların qarşısının alınması üçün cərimə olunmuş abonentlər mütləq məhkəməyə ,hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.

