650 MİN DOLLARI ALDADILARAQ ALINAN ŞƏXSİN ŞİKAYƏT ƏRİZƏLƏRİNƏ NİYƏ BAXILMIR?

27-06-2018, 10:42           

365info saytına daxil olan məlumata görə, əslən Gəncədən olan keçmiş polis işçisi Şirinov Elman Mərcan oğlu 10 il əvvəl bir qrup işbaz tərəfindən 650 min dollar “atılıb”.

Belə ki,təxminən 11 il əvvəl bu işbazlar Elman Şirinova söz veriblər ki, ölkənin hüquq mühafizə orqanları tərəfindən həbs olunan Rusiya vətəndaşı Qurbanov Şamil Əjdər oğlunun Rusiyaya ekstradisiya olunmasına nail olacaqlar.

Ancaq onlar Elman Şirinovdan 650 min dollar pul alsalar da Şamil Qurbanovun Rusiyaya ekstradisiya edilməsini bacarmayıblar. Və son nəticədə Şamil Qurbanov 9 il həbs həyatı çəkməli olub, onu aldadan işbazlar isə qaçıb gizləniblər.

Elman Şirinov onları tapa bilmədiyi üçün bu barədə dəfələrlə hüquq mühafizə orqanlarına şikayət edib, ancaq nədənsə onun şikayətlərinə hüquqi qiymət verilməyib.

Sonuncu dəfə Elman Şirinov keçən il hüquq mühafizə orqanlarına şikayət edib, lakin yenə də onun şikayətinə baxılmayıb. Bu səbəbdən Elman Şirinov mətbuata üz tutub ictimaiyyət vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət edərək onun şikayət ərizələrinə baxılmasını və ona külli miqdarda pul “atan” həmin işbazların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Araşdırmamız davam edir, bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.