Oqtay Şirəliyev də biabır oldu: Prezident nazirin yalanını ifşa etdi

5-07-2018, 02:11           
Oqtay Şirəliyev də biabır oldu: Prezident nazirin yalanını ifşa etdi
Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.

AzFakt.com xəbər verir ki, dövlət başçısı strateji obyektlərdə - ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:

"Səhiyyə naziri məruzə edir ki, bütün xəsstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.

İlham Əliyev metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının isə çox acınacaqlı hal olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru