Neft Şirkətində milyonlar necə mənimsənilir? - faktlar
18-04-2015, 12:32
Vətəninfo.az “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti ilə bağlı silsilə yazılarımızı hazırlayan zaman yeni bir faktlar ortaya çıxdı. Bu faktlara dayanaraq «Şelfgaztexnologiya» Şirkətlər Qrupun Prezident Ələkbər Ağayevlə görüşməyi qərara aldıq. Ələkbər Ağayev Vətəninfo.az vasistəsi ilə Milli Məclisin sədr müavini Valeh Ələsgərova, millət vəkilləri Zahid Oruc və Azay Quliyevə müraciətini yayımlamağımızı istədi. Bizdə “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində baş verənləri məhz Ələkbər Ağayevin dilindən təqdim edirik.
- 2005-ci ilin martında yaradılmışdır. Şirkətin əsas fəaliyyəti müasir tipli mərkəzdənqaçma dərinlik nasosları ilə neft hasilatında servis xidməti göstərməkdir. Şirkətlər Qrupuna məxsus olan yüksək texnologiyalar əsasında yaradılmış avadanlıqlar neft quyularından 700-3500m dərinlikdən gündə 15-500 m3-ə qədər maye çıxarilmasında istifadə olunur. Bu avadanlıqların təmir arası müddəti 750-800 gün təşkil edir. 2010-12-ci illərdə “Qarasu Əməliyyat Şirkətinin” 80% nefti, “Şivan Oil” Əməliyyat şirkətinin 60% nefti biləvasitə bizim avadanlıqlarla çıxarilmışdir. O dövrdə neftin gündəlik hasilatı həmin şirkətlərdə 450-500tn təşkil edirdisə, hazırda həmin göstəricilər 300-330tn təşkil edir. Şirkətlər Qrupu 2007-2014-cü illərdə “Qarasu”, “Şirvan Oil” və “Bahar Energy” əməliyyat şirkətlərinə neft hasilatı sahəsində servis xidməti göstərmişdir. Hal-hazirda subyektiv səbəblərdən yuxarıda qeyd olunan əməliyyat şirkətləri tərəfindən sifarişlər dayandırılmışdır(“Şirvan Oil” əməliyyat şirkətində 2013-cü il aprelin 15-də 3100m dərinliyə buraxılmış 1 ədəd nasosumuz işləyir) və bu sifarişlər yeni yaradılmış “AzerPumpServis” və “Navanta”(hər iki şirkətin təsisçiləri Offshor şirkətlərdir) şirkətlərinə verilmişdir. Təəssüflər olsun ki, həmin şitkətlərdə avadanlıqların təmir arası müddəti 80-90 gün təşkil edir, bu da tez-tez boş dayanmalara səbəb olur və neft hasilatının aşağı düşməsində əsas rol oynayir. “Qarasu Əməliyyat Şirkətində” 1 nasosumuz 1631 gün dayanmadan işləmişdir. Dərinlik nasoslarının quraşdırılması və quyulara buraxılması normativi bu şirkətlərdə 2-3 gün, bizim şirkətbə isə 3 saat təşkil edir. Bundan əlavə bizim şirkətlə adları çəkilən şirkətlər arasında göstərilən servis xidmətlərində qiymət fərqi 2 dəfədən yuxarıdır. Bizim şirkət üçün 1 nasosun gündəlik kirayə haqqı 140-250AZN təşkil edirdisə, bu “Navanta” şirkəti üçün 280-450AZN arasındadır, üstəlik həmin şirkətlərin nasosları daşıma və quraşdırma ilə bağlı bütün xərclərinini “Qarasu” və “Şirvan Oil” öz üzərilərinə götürüb. “Navanta ” şirkəti qeyri-rəsmi “Global Energy”-nin prezidenti İgor Kirdodanın oğlu İvan Kirdodaya məxsusdur. Ən başlicasi odur ki, bu xidmətlə bağlı tender keçirilmir. Azərbaycan qanunvericiliyinə görə, illik müqavilə məbləği 100000AZN-dən çox olarsa, mütləq tender keçirilməlidir. Burada isə məbləğ bir neçə milyonu keçir. Sonuncu dəfə tender 2008-ci ildə “Qarasu Əməliyyat Şirkəti” (kanadalıların vaxtında) tərəfindən keçirilmişdir və həmin tenderin qalibi bizim şirkət olmuşdur. “Qarasu Əməliyyat şirkətində” neft hasilatı 450tondan (2009-cu ildə olan orta gündəlik hasilat) bu gün 310 tona düşmüşdür. Quyuların əksəriyyətində sulaşma gedir, bu da su vurma layihəsinin Rusiyadan gətirilmiş səriştəsiz müəxəsisləri tərəfindən həyata keçirilməsinin nəticəsidir.
Hal hazırda bizim şrkətə İran, İraq və Qazaxstandan neft hasilatının artırılması ilə bağlı sifarişlər gəlir, ancaq öz doğma Respublikamızda bizim üçün yer yoxdur. Yuxarıda adları çəkilən “AzerPumpServis” və “Navanta” şirkətlərindər fərqli olaraq biz hər il dövlər büdcəsinə yüz minlərlə manat mənfəət vergisi ödəmişik. Biz dəfələrlə ARDNŞ-ə də müraciət edərək, neft hasilatını artırmaq üçün öz xidmətlərimizi təklif etmişik. N. Nərimanov adına NQÇİ-də və Neft Daşlarında parafinli quyuları qazliftdən müasir telemetriya sistemi ilə təmin edilmiş dərinlik nasoslarına(qızdırıcı kabel buraxmaqla) keçirməyi və parafin problemini həll etməyi təklif etmişik. Həmin quyularda hasilatı 2 dəfə artırmaq mümkündür. Məsələ burasındadır ki, qazlift istət-istəməz layda depressiya yaradır və laydan gələn təbii axının qarşısını az da olsa alır. Bundan əlavə qazlift özü bahalı bir metoddur və hermetikliyi və təzyiqi demək olar ki, saxlamaq mümkün deyil(qaz compressor maşınlarının tez-tez sıradan çıxması, qazlift xətlərinin və siyirtmələrin vaxtında təmir edilməməsi və.s.).
Qazlı neft quyularında dərinlik nasosları ilə komplektdə qaz separatoru mütləq olmalıdır ki, nasos normal işləyə bilsin. Korroziya çox olan quyularda təkərcikləri kompozit materiallardan düzəldilmiş dərinlik nasoslarından istifadə olunmalıdır. Tipindən asılı olmayaraq, bütün nasoslar müasir telemetriya sistemi ilə təmin edilməlidirlər. Bu sistemlər quyunun bütün parametrlərini displeydə göstərir, bu da operatorun işini çox asanlaşdırır və quyuda gedən prosesləri göstərir və 2 ilə qədər yaddaşında saxlayır. Telemetriya sistemli quyuların hamısını modem vasitısilə məsafədən idarə etmək mümkündür. Bu o deməkdir ki, bir operator bütün quyuları idarə edə bilər, bu isə milyonlarla manat qənaət deməkdir. Bu system dənizdə olan yataqlarda daha vacibdir. Dənizdə olan estakadaların kohnəlməsini və həyat üçün təhlükəsini nəzərə alsaq, bu system əvəzedilməzdir. lakin əfsuslar olsun ki, bizim xidmətlərimizdən imtina etdilər.
2014-cü ilin yanvar ayına qədər bizim şirkətdə 65 nəfər yüksək ixtisaslı mütəxəssis çalışırdısa, bu gün həmin rəqəm 5-ə düşüb və 60 nəfər işdən çıxarılıb. Şirkətimizin avadanlıqları təmir etmək üçün servis mərkəızi və bu mərkəzdə çalışan yüksək ixtisaslı mütəxəsisləri vardır, təəssüflər olsun ki, hal-hazırda həmin servis mərkəzi də fəaliyyətini dayandırıb.
Şirkətlər qrupu qısa zaman ərzində əldə etdiyi nailiyyətlərə və şəffaflığa görə bir neçə beynəlxalq mükafatlara layiq görülmüşdür. Şirkətlər Qrupuna 2009-cu ilin sentyabrında Parijdə BİD-in “Qızıl”, 2010-cu ilin noyabrında Londonda “Tac” və 2011-ci ilin noyabrında Romada “Platinum” mükafatları verilib.