Ənvər Seyidəliyevin “Gözəl Ağsu” restoranındakı macəraları

22-08-2018, 10:56           
Ənvər Seyidəliyevin “Gözəl Ağsu” restoranındakı macəraları

Bu günlərdə xəbər portalımızın redaksiyasına sensasiya doğura biləcək bir məlumat daxil olub. Belə ki, daxil olan məlumatda bildirilir ki, hal-hazırda Ağsu RİH-nin icra başçısı vəzifəsini daşıyan, amma bəzi iddialara görə “yolüstündə dayanan” Ənvər Seyidəliyev, bu gün də rəhbərlik etdiyi rayonda elə bir addımlarını atır ki, bəlkə də üzdə olan “vorzakon”lardan bəziləri onun atdığı addımları belə atmırlar. Yəni, xəbər portalımıza çatdırılan məlumatlara görə, adı çəkilən bu şəxs hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdədir. Belə ki, hər kəsə gün təki aydındır ki, Ənvər Seyidəliyev Ağsunun Pirhəsənli kəndində doğulub boya-başa çatsa da, hal-hazırda Seyidəliyev soyadını daşısa da, deyəsən bu şəxs kəndlərinin adındakı ilk söz olan nə “Pir” sözünə, nə də ki, daşıdığı soyadın əvvəlindəki “Seyid” sözünə məhəl belə qoymur. Çünki, rayonun icra başçısı vəzifəsini daşıyan bu şəxs sadaladıqlarımızı nəzərə alsaydı, o halda o, Ağsunun gəzməli-görməli yerlərindən birində fəaliyyət göstərən “GÖZƏL AĞSU” restoranında, bir neçə gün bundan əvvəl 8 nəfərlə yeyib-içdikdən sonra, obyekt sahibini müəyyən məbləğdə xərcə salmazdı. Məsələnin maraqlı və hər kəsi təəccüb içində qoya biləcək tərəfi ondan ibarətdir ki, Ənvər Seyidəliyev bir neçə gün bundan əvvəl “QRADUS-40” MMC-nin rəhbəri Ağakişi müəllim və bir neçə nəfər şəxslə birlikdə, adını qeyd etdiyimiz restoranda yeyib içdikdən sonra, obyekt sahibi ilə haqq-hesablaşmadan çıxıb gedirlər. Görünür bu cür addımlarını atanlar olduqca “imkansız şəxslər” olduqlarından, ümumi haqq-hesabı ödəməyə heç cür “gücləri çatmır”. Bu haqda məlumatları xəbər portalımızın əməkdaşına “GÖZƏL AĞSU” restoranında admistrator vəzifəsini daşıyan Heyran adlı şəxs çatdırır və o, onu da qeyd edir ki, “bu Ənvər Seyidəliyevin birinci dəfəsi deyil. O, dəfələrlə gətirdiyi qonaqları ilə bu restoranda yeyib-içdikdən sonra haqq-hesablaşmadan çıxıb gediblər. Biz nə qədər çalışsaq da, ondan indiyə kimi yeyib-içdiklərinə görə üstüstə toplanmış borcları ala bilmirik”.

Bəli, bu cür xəbərləri eşitdikcə ya şoka düşürük, ya da ki, hansısa addımlarımızı atmaq haqda düşünürük. Çünki, Ənvər Seyidəliyev bu gün “stajlı icra başçıları”ndan biri hesab olunur. Ona görə də bu şəxsin atdığı addım nəinki qanun-qayda ilə, heç haqq-ədalət anlayışı ilə də üstüstə düşmür. O halı da ehtimal etmək olar ki, Ağsu RİH-nin başçısı vəzifəsini daşıyan, eyni zamanda külli miqdarda var-dövlətə sahib olan Ənvər Seyidəliyevlə bağlı, məhz gələcəkdə kimlərsə hansısa bərli-bəzəkli lətifələrini, baməzə anktotlarını və s. düzüb qoşa bilərlər. Yəqin ki, o halda hər kəs onu Ənvər Seyidəliyev adı ilə deyil,……………..adı ilə çağıracaqlar. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir

Xezerpress.az
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.