İCRA BAŞÇISININ “MƏDƏNIYYƏT BIZNESI”

20-04-2015, 16:44           
İCRA BAŞÇISININ “MƏDƏNIYYƏT BIZNESI”
Goranboyun Mədəniyyət və Turizm İdarəsi Nizaməddin Quliyevin yağlı tikəsinə çevrilib İcra başçılarının, rayon idarə və təşkilat rəhbərlərinin öz vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət büdcəsini talamaları heç kimə sirr deyil. Elə məməurların həyat səviyyəsinə baxdığımız zaman hər şey özü-özünə ortaya çıxmış olur. Belə ki, ən kiçik dövlət idarəsinin rəhbərinin tək maşının qiyməti həmin məmurun 10 illik maaşından belə çoxdur. Təbii ki, bu məmurlar dövlətin sosial, mədəni və bir çox digər sahələrə ayırdığı vəsaitləri mənimsəyərək «şah balası» kimi yaşayırlar. Əvəzində isə ölkədə böyük sosial narazılıqlar meydana çıxır. Bir qayda olaraq icra başçılarının ən «yağlı tikələri» büdcə təşkilatları olan təhsil, səhiyyə, mədəniyyət və s. Sahədələr olur. Bu üzdən də dövlət hər il kifayət qədər vəsait ayırmasına baxmayaraq bütün ölkə miqyasında bərbad təhsil, bərbad səhiyyə və bərbad mədəniyyət var.

Təhsil və səhiyyədə baş alıb gedən rüşvətxorluq isə artıq öz həddlərini belə aşmaqda və sosial fəlakət həddinə çatmaqdadır. Belə sahələrdən biri də, bir qayda olaraq rayonlarda Mədəniyyət və Turizm şöbələridir. Xüsusən kənd rayonlarında ölkəninin bütün mədəniyyət obyektləri xaraba vəziyyətdə olduğu halda, hər il dövlət bu «mədəniyyətin» saxlanılmasına milyonlarla manat vəsait sərf edir. Amma bu vəsaitlər birbaşa mənimsənilir və həmin «mədəniyyət» obyektlərində bu gün ölkə miqyasında minlərlə «ölü can»lar «çalışmaqdadır». Goranboydan Azerinews.tv-yə daxil olan məlumata görə rayon icra başçısı Nizaməddin Quliyevin də əsas yağlı tikəsi rayonun Mədəniyyət və Turizm şöbəsidir. Belə ki, iddiyaya əsasən keçən il icra başçısının Mədəniyyət və Turizm şöbəsindən əldə etdiyi «gəlir» 300 min manatdan artıq olub. Belə ki, Azerinews.tv-ni məlumatlandıran mənbəninin bildirdiyinə görə Nizaməddin Quliyev rayon Maliyyə İdarəsinin müdiri Iltifat Sadıqovla və Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Hacıyevin əli ilə dövlət büdcəsindən hər ay külli miqdarda vəsait «qazanır».

Qeyd edək ki, adı çəkilən təşkilatda 600 dən çox işçi çalışır və mənbə bildirir ki, bu işçilərin böyük əksəriyyəti «ölü can»dır. Amma bu ölü canlardan əldə olunan «maaş gəlirləri» Nizaməddin Quliyevin rayon «mədəniyyətindən» əldə etdiyi gəliri çox cüzi hissəsidir. Mitsal üçün ötən il rayonun mədəniyyət obyektlərinin cari təmirinə, ehtiyyat hissələrin alınmasına (mədəniyyət və turizm şöbəsinə hansı ehtiyat hissələrin alınması çox maraqlıdır), həmçinin bərk və yumşaq inventarların satın alınmasına təqribən yarım miilyon sərf olunub. Bunu Goranboy Mədəniyyət və Turizm şöbəsinin tender elanlarından görmək mümkündür. Apardığımız araşıdrmada ortaya çıxan maraqlı faktdan biri budur ki, rayon icra başçısı Nizaməddin Quliyev 2014-cü ilin hesabatında Mədəniyyət və Turizm şöbəsinin mədəniyyət evlərinə, klublarına və kitabxanalarına 700 ədəd stul, 40 stol, 50 şkaf, 9 televizor, 7 komputer, 15 maqintafon və sairə yumşaq, bərk invertarların alınmasını qeyd edib. Məsələ ilə bağlı məlumat verən mənbəmiz idda edir ki, bütün bu sadalanan inventarların heç biri alınmayıb. Sadəcə həmin inventaprların alınmasına sərf olunan vəsait nəqdləşdirilərək mənimsənilib.

Mənimsənilən vəsaitini isə tam-tamına 50 faizi icra başçısına çatdırılıb. İşin maraqlı tərəfi isə odur ki, normal bazar qiymətləri ilə icra başçısının hesabatında yer alan bu avadanlıqların toplam qiyməti 30-40 min manatdan artıq olması imkansızdır. Amma sənədlərdə həmin avadanlıqların qiyməti 100 min manatı aşıb. Hər halda Azerinews.tv-ni məlumatlandıran mənbə bunu iddia edir. Mənbə həmçinin onu da bildirir ki, sənədlərdə əsaslı təmir olunan kitabxanaların, mədəniyyət evlərinin, klubların vəziyyətini hamı Goranboyda hamı görür. Mənbənin bildirdiyinə görə ötən il ancaq bir mədəniyyət evində təmir işdəri aparılıb ki, onun da təmirini şöbə müdiri Gündüz Hacıiyev işçilərin maaşından tutducu vəsaitlə təmir edib. Bundan başqa qeyd olunur ki, Gündüz Hacıyev hər ay hər bir işçinin maaşından 10 manat tutur. Bunu şöbə müdiri hər ay icra başçısına 4000 manat «aylıq» verməsi ilə əlaqələndirir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.