"Ramiz Mehdiyev məni çağıraraq, hədə qorxu gəldi"

24-08-2020, 16:23           
"Ramiz Mehdiyev məni çağıraraq, hədə qorxu gəldi"
"Xarici ölkənin vətəndaşı olanlar heç bir halda Azərbaycanda informasiya şəbəkələrinə rəhbərlik edə bilməzlər, bu yolverilməzdir”.
Sfera.az-a açıqlamasında bu sözləri CBC kanalının rəhbəri Vüqar Xəlilov timsalında xarici ölkə vətəndaşının, özü də Ramiz Mehdiyevin qohumu olan birisinin Azərbaycanda informasiya siyasətinə rəhbərlik etməsinin nə dərəcədə doğru olduğuna aydınlıq gətirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

"Azərbaycanda "5-ci kolon”un fəaliyyət göstərdiyini və onun rəhbərinin kimlərdən ibarət olduğunu 2010-cu ildə ilk dəfə açan mən olmuşam. 2010-cu il aprelin 16-da "Xural” qəzetinə verdiyim müsahibədə qeyd etmişdim ki, "5-ci kolon” Azərbaycanda dövlət çevrilişi etmək və Ramiz Mehdiyev İlham Əliyevi devirmək istəyir. Bu gün bir sıra informasiya məkanları Ramiz Mehdiyevin kadrları ilə doldurulub. Eldar Həsonov da onun adamıdır”.

H. Hacıyevin dediyinə görə, Azərbaycanda hakimiyyətin devrilməsinə bir addım qalmışdı, onun qarşısını aldılar: "Gördük, kimlər ordan çıxdı, kimlər də çıxacaq. İlk dəfə məsələnin üstünü mən açdım, ondan sonra bu əməliyyatları keçirdilər.

Xarici ölkə vətəndaşının gəlib Azərbaycan televiziya kanalına rəhbərlik edərək dövlətimizin siyasətinə təsir etməsi, çirkli pulların yuyulmasında iştirak etməsi onu göstərir ki, xaricdə və daxildə arxalarında dayanan məkrli qüvvələr var. Haranı qurdalayırsan, Ramiz Mehdiyevin kadrları çıxır, Eldar Həsənovla dost olduqları üzə çıxır. Bunlar birgə işləyirlər. Eldar Mahmudov vəzifədə olan zaman xarici dövlətlərin birinin paytaxtında iclas keçirilərək dövlət çevrilişi məsələlərini müzakirə ediblər, burada Eldar Həsənovun, Ramiz Mehdiyevin hansı vəzifələri tutacaqları da müəyyənləşmişdi. Bunu 5 il bundan öncə demişdim”.

Partiya sədri Ramiz Mehdiyevin ona hədə-qorxu gəldiyini bildirdi:

"Bundan sonra Ramiz Mehdiyev məni çağıraraq, hədə qorxu gəldi. Buna baxmayaraq, müəyyən vasitələrlə vəziyyəti cənab Prezidentə çatdırdım. Nəticədə təhlükəsizliyimlə əlaqədar tədbirlər görüldü. Təcili olaraq bu adamlar həbs edilməlidir”.

Həmsöhbətimizin fikrincə, xarici ölkənin vətəndaşı olanlar heç bir halda Azərbaycanda informsiya şəbəkələrinə rəhbərlik edə bilməzlər, bu yolverilməzdir: "Britaniya vətəndaşı olan şəxs Azərbayanda heç bir kanala, heç bir informasiya şəbəkəsinə rəhbərlik edə bilməz. Bu yolverilməzdir.

CBC kanalının rəhbəri Vüqar Xəlilov Ramiz Mehdiyevlə qohumdur, onun kürəkənilə sıx əlaqələri var. Dubayda onların bir neçə milyardlıq var-dövlətləri var. Onun telekanala rəhbər gətirilməsinə, Prezidentə kimin tədim etməsinə baxmaq lazımdır, onda hər şey ortaya çıxacaq. Bu adam Ramiz Mehdiyevin sağ əlidir. Təcili həbs edilməlidir. Çox böyük təhlükə mənbəyidirlər.

Kərimov Əli də onların nümayəndəsidir. Qərbdə Sevinc Osmanqızını da elə-belə oturdurmayıblar ki, ona da maliyyə buradan gedir. Eldar Mahmudovun oğlu Britaniyadan Avropadan yayılan kanalları maliyyələşdirir”.

H. Hacıyev qeyd etdi ki, Azərbaycan mediasında elektron KİV-lərə rəhbərlik etməyə qadir çoxsaylı digər ləyaqətli kadrlarımız, dövlətə bağlı insanlarımız var: "Amma Ramiz Mehdiyevə milli qüruru olan insanlar lazım deyil. Onun həyat yoldaşının baldızının Quqasyan familyalı oğlunu gətirib Daxili İşlər Nazirliyində yüksək vəzifəyə qoyurlarsa, onlardan hər şey gözləmək olar. Bu gün təəssüf ki, İlham Əliyevin ətrafında cəmləşənlərin əksəriyyəti xəyanətkardır”.

"Qanunvericilikdə necə tənzimlənirsə, elə də olmalıdır”

Bu sözləri isə Milli Məclisin deputatı Asim Mollazadə söyləyib: "Bu barədə məlumatsız olduğumdan şərh edə bilmirəm. İnformasiya məkanında çox şeylər yazılır. Məlumatım olmadığı məsələləri isə ümumiyyətlə şərh etmirəm. Xarici ölkə vətəndaşının – Vüqar Xəlilovun Azərbaycanda CBC televiziya kanalına rəhbərlik etməsi məsələsinə gəldikdə, bu hal qanunvericilikdə necə tənzimlənirsə, elə də olmalıdır”.

Məsələ ilə bağlı Milli Teleradio Şurası (MTRŞ) və CBC kanalının fikirlərini öyrənmək cəhdimiz isə alınmadı. Belə ki, CBC kanalından zəngimizə ümumiyyətlə cavab verən tapılmadı. MTRŞ-da isə operator Südabə adlı rəhbər işçi ilə əlaqə qurmağımızı lazım bilsə də, ikincisi telefon zənginə cavab vermədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.