“Təbii ki, mətbuatın əsas funksiyalarından biri ictimai rəyi yanlış olan məqamlara yönləndirməkdir...”
26-08-2020, 16:18
Xəbər verdiyimiz kimi cəmiyyətimizdə harınlamış məmurlar tərəfindən hər dəfə müxtəlif cür özbaşınalıqlar edilir. Təbii ki, bütün bu hadisələrin ictimailəşdirilərək aidiyyatı qurumların diqqətinə çatdırılması medianın misilsiz xidmətləri var. Mətbuat sanki aidiyyatı qurumları bu cür özbaşınalıqlara qarşı tədbir görməyə məcbur edir.
- Bəs bu istiqamətdə medianın rolu qənaətbəxşdirmi?
Moderator.az-ın sualını Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı cavablandırıb:
“Təbii ki, mətbuatın əsas funksiyalarından biri ictimai rəyi yanlış olan məqamlara yönləndirməkdir ki, biz də bunu edirik. Yoxsa mətbuat ümumən kinayələrə, yanlışlıqlara, digər inzibatı pozuntulara qarşı mübarizə aparmır. Mətbuat onların aidiyyatı qurumların diqqətinə çatıdırlması üçün vasitəçi rolunu oynayır. Media araşdırma apara, sitatlar gətirə bilər, amma heç cür tədbir görə bilməz. Burda qeyri-adi bir şey yoxdur. Mətbuat əgər bunu etmirsə, onda bu mənbuat deyil. Mətbuat yüz illərdir var, yəni ictimai rəyin formalaşdırılması həmişə olub, amma 250-300 ildə bu mətbuat funksiyasına keçib. Ona görə də mətbuat boş yerə dördüncü hakimiyyət adlandırılmır”.