"Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır"
21-11-2020, 14:15
“Qarabağ ermənilərinin siyasi gələcəyi yoxdur... Ermənistan TÜRKİYƏ və AZƏRBAYCANLA vasitəçilərsiz, deyil, birbaşa əlaqə saxlamalıdır”.
Bunları Türkiyənin “Ahval” ingilis dilli saytına müsahibəsində tanınmış erməni tarixçisi və siyasətçisi, ABŞ-ın Miçiqan universitetinin Tarix bölümünün rəhbəri, professor Jirar Libaridyan deyib.
Onun “müsahibənin əsas tezisləri:
-Rusiyanın Qarabağdakı davranışı Türkiyəni ABŞ və NATO-dan uzaqlaşdırmaq, Azərbaycanla birlikdə özünə daha da yaxınlaşdırmaq məqsədi güdən diplomatik səylərdir. -Öz növbəsində Türkiyə Rusiyanın ənənəvi təsir dairəsi sayılan regionda nüfuzunu qüvvətləndirir. Türkiyə bölgəyə hərbi gücləri ilə gəlir və kimsə bunun qarşısını ala bilməz. -Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya regiondakı təsirini daha da artırır. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır. -Rusiya ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsində maraqlı olacaq, əks-təqdirdə rus sülhməramlılarının regiondakı fəaliyyətinə lüzum qalmır. -əvvəllər Dağlıq Qarabağ erməniləri Ermənistandan idarə olunurdu. İndi isə onlar təxminən Türkiyə erməniləri ilə eyni vəziyyətə düşəcəklər: yəni dillərini, məktəblərini, kilsələrini qoruyub saxlayacaq, lakin siyasi gələcəklərini itirəcəklər. -ermənilər Türkiyə və Azərbaycanla beynəlxalq güclər vasitəsi ilə deyil, birbaşa əlaqələr yaratmalıdırlar”.