"İslahat atası"ndan qəribə paralel: - "SSRİ-ni neftin ucuzlaşması dağıtdı"

29-01-2016, 23:04           
"İslahat atası"ndan qəribə paralel: - "SSRİ-ni neftin ucuzlaşması dağıtdı"
O, müasir Rusiyanın ən ziddiyyətli siyasətçilərindən biri kimi xarakterizə olunur. Baş nazirin müavini, maliyyə naziri və Prezident Administrasiyanın rəhbəri olsa da hər zaman ziddiyyətli fikirləri ilə gündəmi zəbt etməyi bacarıb.

Cebhe.info “Rusiya energetikasının islahat atası” sayılan Anatoli Çubaysın mətbuata müsahibəsini təqdim edir:

-Sizcə, SSRİ niyə dağıldı?

-Sözün məcazi mənasında desək, o, sadəcə ömrünü başa vurdu. Sözün digər mənasında isə SSRİ-nin dağılmasının ən qısa tarixçəsini Yeqor Qaydar verib. Bu, 1983-1989-cu illərdə neftin qiymətinin azalması qrafiki idi. Baxın, ölkədə 250 milyon insan var. Rəqabətədavamlı məhsul istehsal edə bilmir. Ancaq siz onu yedirməlisiniz, kənd təsərrüfatı bərbad durumdadır. Xalqı isə necəsə yedirtmək lazımdır. Siz nə edirsiniz? Neft və qaz satıb buğda alırsınız. Ölkədə buğda idxalı ildə 25 milyon tona çatmışdı. İndi Rusiya 20 milyon ton taxıl ixrac edir. Təsəvvür edin ki, SSRİ təqribən bu qədər taxılı alırdı. Ardınca neftin qiyməti düşür. Yemək almaq üçün heç nəyiniz yoxdur. 85-ci ildə sovet hakimiyyəti nə edə bilərdi? Kommersiya banklarından kredit götürür, hansı ki, bu banklar böyük məmnuniyyətlə həmin krediti verirdilər. SSRİ etibarlı borcalandır. Artıq 1988-ci ildir və krediti qaytarmağa heç nə yoxdur. Ölkənin kredit ödəmək qabiliyyəti yoxdur. Bu zaman növbəti addım- suveren kreditlər. Artıq bu dəfə kommersiya banklarından yox, dövlətlərdən. Beləliklə siyasi asılılığınız da yaranır. Ardınca Polşada hərbi vəziyyət elan olunur, həmrəylik məhv olur. Sizin isə kreditiniz var. Almaniya kreditor kimi Palşadakı vəziyyəti heç sevmir. Seçin: ya öz xalqınızı yedirəcəksiz, ya da tanklar Polşada olacaq. Necə ki, 1968-ci ildə Çexoslovakiyaya həmin tankları aparmışdınız. İnsanın öz köynəyi özünə daha yaxındır. Tankları göndərmədiniz. Nəticədə sosialist ölkələr müxtəlif istiqamətə dağılışdılar. Varşava Paktı qüvvədən düşdü. Neft isə düşməkdə davam edirdi.

-1977-ci ildə Konstitusiyada deyilirdi: “Yeni tarixi birlik yaranıb-sovet xalqı”. Sizin fikrinizcə, yarandımı? Bu millət özündə nəyi ehtifa edirdi?

-Bu sual ciddi müzakirələr doğurdu. Xüsusilə də bizim gizli antisovet müzakirələrimizdə. Biz belə qərara gəldik ki, bəli, belə millət yaranıb. Məsələn, rusun, ukraynalının, belarusun sosial-psixoloji bazası eynidir, o cümlədən də qazaxın. Özbəklərdə, taciklərdə fərqlidir. Ciddi etnik fərqliliyə baxmayaraq sosial-psixoloji quruluş demək olar ki, eyni idi. Əgər ölkədə 70 il yaxşılar başından vurularsa, ilk 40 ildə ümumiyətlə ölümünə vurularsa, bunu söyləməmək olmaz. İlk növbədə ölkədə ən yaxşı kəndlilər- kulaklar məhv edildi. Daha sonra ən yaxşı hərbçilər- Tuxaçeviski, Blyuxer. Sonra ən yaxşı elm xadimləri, məsələn Vavilov. Başqa sözlə, bir-birinin ardınca ən yaxşı nəsillər məhv edildilər. Bu da insanların böyük kütləsinin həyatına təsir edirdi. Mən tramvayda iki gəncin söhbətini xatırlayıram. Biri 120 manat maaş aldığını dedi. Digəri isə ona bildirdi ki, o, sadəcə axmaqdır: “Mən institutda işləyirəm, 110 manat maaş alıram və əvəzində heç bir iş görmürəm”. Bu, fundamental məsələdir. Bu, təkcə işə olan münasibət deyildi, bu, həm də həyata olan münasibət idi. Ancaq bunun müqabilində o adam işləməyərək yaşamaq üçün nəsə alırdı. Olduqca ciddi zarafat idi və “sovet xalqı” adı altında tarixi ictimailiyin əsasını qoydu.

-Bu sovet xalqı SSRİ ilə bərabər ömrünü başa vurdu?

-Əlbəttə ki, yox, nə danışırsınız.

-Ötən 20 il buna kifayət deyilmi?

-Əlbəttə ki, kifayət deyil.

-Bəs bu, nə zaman baş verəcək?

-Sualı belə qoymaq yolverilməzdir. Ondan başlayaq ki, bizim başqa xalqımız yoxdur. Və yadımızda saxlayaq ki, biz də onlardan biriyik. Bu, tarixi birlikdə neqativlər olduğu kimi unikal pozitivlər də vardı.

-Məsələn?

-Məsələn kreativlik. Belə bir ifadə var, tənbəl olmayan, bacarıqlı. Elə hesab edirəm ki, “amma” sözünü götürmək əvəzinə “və” qoymaq lazımdır. Hətta ən pis sovet illərində də sovt xalqının kretivliyi çox yüksək idi.

-Sovet İttifaqında yaxşı olan nə idi?

-Mənim sovet hakimiyyətinə münasibətim tipik deyil.

-SSRİ-də yaxşı olan nə idi?

-Mənim SSRİ rəhbərliyinə olan qeyri-tipik münasibətim bəzən neqativ reaksiya yaradır. Məsələ burasındadır ki, mən sovet hakimiyyətinə həyatımda başqa heç nəyə olmayan kimi nifrət edirəm. Bu, səhər radionun açılmasından başlayırdı. Gümrah, sanki xüsusi itələyici sovet intinasiyası ilə “Salam yoldaşlar! Səhər proqramına başlayırıq”. Vladimir Semyonoviç Vsotskinin səsi. Xatırlayırsız? “Yerimizdə qaçırıq”. Bütün bunlar sovet hakimiyyətni axmaqlığı idi. Qaqarinin uçuşu, elmi-tədqiqat sahələrində əldə edilən uğurlar, SSRİ-nin müharibədə qalib gəlməsi şübhəsiz ki, qlobal masştabda ən böyük uğurlar idi. Ancaq indiyə qədər ölkədə bunun nəyin bahasına başa gəldiyini xatırlayanlar var. Daha sonrakı sovet hakimiyyətini götürsək, sovet həyatına baxsaq orda yaxşı nə vardı? Aqressiya, xuliqan və cinayətkarlar da kifayət qədər idi. Hətta xalqlar dostluğunu əks etdirən plakarlar da yalan kimi qəbul olunurdu. Brjnevin zamanında 18 il müddətində ölkədə heç nə baş vermirdi. Hər yer sanki hamarlanır, ütülənirdi.

-Siz yaxşılarla bağlı suala daha çox pislərlə cavab verdiniz. Buna baxmayaraq mən yenə də soruşuram. Pis olan nə idi?

-Əgər sən ciddi şəkildə öz sovet həyatında ölkə üçün nəsə etməyə hazırlaşırsansa, o zaman mütləq partiyanın üzvü olmalısan. Əks təqdirdə hətta ali təhsilli insanlar üçün də fəaliyyətlərin 90 faizi bağlıdır. Məcbursan ki, iməciliklərdə iştirak edəsən, partiya təhsilinə qoşulmalısan. Elə şeylər etməlisən ki, bunlar artıq 80-cı illərin sonunda başqan-başa yalan hesab olunurdu. Bundan sonrası üşün mən senzuraya məruz qalmalı olan sözlər işlədə bilərəm.

-Siz SSRİ-dəki həyatınıza hansısa formada qayıtmaq istərdinizmi?

-Heç bir halda, heç 1 dəqiqə də...

-Belə bir təəssürat var ki, sovet hansısa formada qayıdır. Xüsusilə o qəribədir ki, indiki aktiv nəsil 80-cı illərdə doğulanlardır. Onlar durğunluğu xatılamırlar. Bu, nədən qaynaqlanır?

-Sizi hiss etmisiniz, “6o-cılar” sözü hələ də var. Ancaq “70-cilər” və “80-cılar” yoxdur. Bunun səbəbini heç düşünmüsünüzmü? Bilmirsiniz. Ancaq mənim öz versiyam var. Xüsusən də bu axı, həm də mənim nəslimdir. Bu iki nəsil Brejnev dövründən keçməyib. Elə bir dövr ki, orda heç nə baş verməyib. Həftənin heç bir günündə heç nə baş verməyib. Nə bu il, nə o biri il. Amma 60-cı illərdə çox şey baş verib. Mənim düşüncəmə görə, sovet hakimiyətində pik məhz 60-cı illərin ortasında olmuşdu. Həmin vaxt dönüş nöqtəsi 1968-ci il oldu. Çexoslovakiyaya qoşun yeridildi. Həm insani baxımdan, həm iqtisadi, həm sənaye, elm-texnika, xalqın inamı baxımından. Əlbəttə ki, sovet xalqının qayıtması hissi indi də var. Bizim ölkəmizin əhalisinin 50 faizi hələ də Stalini böyük siyasi xadim hsab edir. Bunu tarixi amneziya kimi də, anlamazlıq kimi də adlandırmaq olar ki, sovet həyatı nədir və o necə bizim müasir həyatımıza çevrildi. Bunda Putini günahlandrmadan...

-O adamı ki, qalan 50 faizi “böyük” hesab edir.

-Tamamilə mümkündür. Mənə elə gəlir ki, ittiham etmək çox asandır, ancaq reallığa uyğun deyil. Stalinin Hitlerdən daha çox adam öldürdüyü ölkədə Stalini dahi siyasi xadim hesab edirlər. Bu necə olur? Bu ölkəyə ünvanlanan sualdır, nə xalqa, nə də liderə. Xalqa qarşı hər kəs irad bildirir. Bu ölkədə öz tarixlərini bilmirlər. Ölkəni sevmək və onunla fəxr etmək doğru və yaxşıdır. Ancaq onun çatışmazlıqlarına göz yummaq axmaqlıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.