“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

26-02-2021, 00:07           
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA
“Ramiz Mehdiyev bütün günü çalışır ki, ölkədə siyasi sabitlik pozulsun”.

Pravda.az-ın xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev R.Mehdiyevin ölkədə xaos yaratmağa çalışdığını bildirib: “İstəyir ki, qazanılan nailiyyətlərin üstündən xətt çəkilsin. Xarici dairələrdən aldığı göstərişi yerinə yetirir, çevrilişə cəhdin başında dayanır. Ramiz Mehdiyev məqsədli şəkildə müxalifəti şişirdir. Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra müxalifəti təriflədi. Həmin müxalifət də hazırda onun müdafiəsinə qalxıb. Yeni “baba müxalifət” yaranıb. Əli İnsanov. Görün Ramiz Mehdiyev Əli İnsanovun evinə kimləri göndərir? Ramiz Mehdiyev adamları çağırıb yanına ki, niyə Hafiz Hacıyevin partiyasına gedirsiniz, filan partiyaya gedin. Nə etmək istəyirlər? Yəni hazırlaşın, aprel, may aylarında sizə komanda verəcəyik. Komanda veriləcək ki, küçələrə tökülsünlər. Biz bunları deməliyik ki, bilsinlər ki, oyunlardan xəbərimiz var. Hakimiyyətdən qovulanlar, milyardı olanlar hamısı Ramiz Mehdiyevin yanındadır. O qədər pulları var ki, bəlkə də xəbərləri yoxdur, kiflənib...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru