Altı siyasi partiya YAP-a qoşulub: Sədrləri siyasətdən gedib?

6-03-2021, 01:24           
Altı siyasi partiya YAP-a qoşulub: Sədrləri siyasətdən gedib?
Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi. YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.

Siyasilər bunu birmənalı qiymətləndirməyiblər. Bəziləri alqışlayıb, bəziləri isə xəyanət kimi dəyərləndiriblər. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da məsələ barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, bu arzuolunandır:

“Hansı səviyyədə olmasından asılı olmayaraq bütün hallarda birləşmə ideyaları təqdirəlayiqdir. Onsuz da hamı bilir ki, ölkədəki partiyalardan çoxu formaldır. Onların əksəriyyətinin mövqeyi, bircə dənə belə olsun bəyanatı yoxdur. Yəni adları var, özləri isə...

Görünür, hakimiyyətin apardığı siyasət həmin partiyaları həddindən artıq təmin edib. Dediyim kimi, partiyaların sayının azalması yaxşı haldır. Çünki ictimai rəydə çaşqınlıq yaranırdı, xaricdə bizə ikrahla baxırdılar.

Əsas məsələ partiya sədrlərinin hansı şərtlər müqabilində bu addımı atmasıdır- onlar YAP-ın idarə heyətinə salınıblar, yoxsa ümumiyyətlə, partiyanı təhvil verib siyasətdən gediblər?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.