Ekspert deputata “cibutat” dedi, cavab gecikmədi – “Psixi problemi var”

23-05-2021, 00:07           
Ekspert deputata “cibutat” dedi, cavab gecikmədi –
Təhsil eksperti Elçin Əfəndi ilə deputat Etibar Əliyev arasında qalmaqal yaranıb.

Pravda.az-ın xəbərinə görə, buna səbəb E.Əfəndinin deputatı “cibutat” adlandırması olub.

Etibar Əliyev deyib ki, Elçin Əfəndi təhsilin əlifbasını belə, bilmir: “Özünü təhsil eksperti adlandıran Elçin Əfəndi təhsilin əlifbasını belə, bilmir. İşi - peşəsi təhsil sahəsində böyük işlər görən adamları məqsədli şəkildə ləkələməkdir. Əziz valideynlər, özünüzü belə savadsız və avantürist adamın məsləhətlərindən qoruyun. Adam “kontent” anlayışını “kontingent” anlayışı ilə səhv salacaq qədər savadsızdır. Belə savadsız avantüristi rədd edin. Psixi problemi də var. Maraq naminə bir neçə çıxışına baxdım. Kollec tələbəsi səviyyəsindən aşağı təəsurat yaratdı”.

E.Əliyevin bu açıqlaması sosial şəbəkədə müzakirələrə səbəb olub, deputat tənqid edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru