"ABŞ-ın kosmosda minlərlə raketi və nüvə başlığı var" - Yan Novikov

24-05-2021, 08:30           
"ABŞ-ın kosmosda minlərlə raketi və nüvə başlığı var" - Yan Novikov
NATO ölkələri son vaxtlar qanadlı raketlər, o cümlədən uzaq məsafəli 8 mindən çox raket «cəmləyiblər».

Bu darədə «Yeni bilik» forumunda çıxış edərkən «Almaz-Antey» Konserninin Baş direktoru Yan Novikov bəyan edib.

«İnterfaks» agentliyinin xəbər verdiyi kimi, o, qeyd edib ki, bir sıra ölkələr daşıyıcılarda qanadlı raketlərin sayının artırılması üzərində işləyirlər.

Mənbənin məlumatına görə, Novikov həm də bəyan edib ki, Amerikanın X-37 kosmik aparatı nüvə başlığı daşıya bilir.

«Rəsmən bəyan edirəm ki, bu aparatlar müxtəlif elmi məqsədlər üçün, həm də kəşfiyyat üçün yaradılıb. Ancaq biz, başa düşürük ki, belə sərbəst həcmlərə və imkanlara malik olmaqla, bizim qiymətləndirməmizə görə, kiçik aparat 3-ə qədər nüvə başlığı, böyüyü isə 10-a qədərini daşıya bilər» - konsern rəhbəri bildirib.

Yan Novikov xatırladıb ki, 2025-ci ilə qədər ABŞ belə aparatların sayını artırmağı planlayır ki, bu da onun fikrincə, Rusiya üçün ciddi «çağırış»dır.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru