“Heç bir "paketdən" söhbət gedə bilməz”: - Asim Mollazadənin partiyasından Cümşüd Nuriyevə cavab
26-05-2021, 12:24

Politoloq Cümşüd Nuriyev Bizim.Media saytına müsahibəsində bir neçə partiyanı tənqid edib:
“Məsələn, Azərbaycan Demokratik İslahatlar Partiyasının rəhbəri, millət vəkili Asim Mollazadə, özündən başqa heç kim mətbuatda danışmır. Adam 4 və ya 5 ci seçkidir oturub parlamentdə, nə fəaliyyəti var? Elə digər partiyalarda da üzdə olan, mətbuatda tanınan adamlar ancaq özləri olur”.
Partiyadan Cümşüd Nuriyevin fikirlərnə cavab gəlib.
“Cümşüd Nuriyev müsahibəsində bəzi siyasi partiyalar haqqında fikirlər səsləndirib. Politoloqun müəyyən fikirlərində həqiqət var, amma onun fikirlərinin Demokratik İslahatlar Partiyasına (DİP) heç bir aidiyyəti yoxdur”.
Bunu Cebhe.info-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının funksioneri Əli Cəfərov deyib.
Əli Cəfərov bildirib ki, partiya ancaq rəsmı qaydada, qanuna uyğun olaraq maliyyələşir və heç bir "paketdən" söhbət gedə bilməz: “Demokratik İslahatlar Partiyası “Siyasi partiyalar haqqında” Qanuna uyğun fəalıyyət göstərir. Bizim Bakı şəhərində və regionlarda fəaliyyət göstərən kıfayət qədər təşkılatlarımız var.
Eyni zamanda partiyamız respublikada keçirilən parlament və bələdiyyə seçkilərində aktiv iştirak edir. Pandemiya ilə bağlı diğər partiyalarda olduğu kimi bizdə də kütləvi tədbir və görüşləri təxirə salınıb. Amma bütün bunlara rəğmən, ehtiyac yarananda onlayn qaydada görüşlər təşkil olunur. Patiyanın sədri və funksionerləri kifayət qədər aktiv siyasi fəaliyyətlə məşğuldur və baş verən olaylara operativ reaksiya verir”.
Partiya üzvlərinin say məsələsinə gəldikdə isə Ə.Cəfərov deyib ki, Demokratik İslahatlar Partiyası yarandığı gündən MSK, DSK və məntəqə seçki komissiyalarını formalaşdıran ənənəvi əsas partiyalardan olub:
“Bu gün bizim seçkili orqanlarda minə yaxın üzvümüz və tərəfdarımız təmsil olunur. Bu gün adı olub özü ancaq sədrdən ibarət olan partiyalar kifayət qədərdir, amma bunun bizim partiyaya heç bir aidiyyəti yoxdur. Demokratik İslahatlar Partiyası kifayət qədər aktiv siyasi fəaliyyətlə məşğul olan, seçkili orqan və strukturları olan bir siyası təşkılatdır”.
Əli Cəfərov sonda Cümşüd Nuriyevin partiyaların birləşməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Bu məsələ yuxarıdan təzyiqlər vasitəsilə yox, aşağıdan könüllülük prinsipinə söykənməli, siyasi və ideoloji baxışlar eyni olmalıdır”.