"Ermənistana Naxçıvandan cavab verməliyik" – Tofiq Zülfüqarovdan sərt açıqlama

26-05-2021, 16:57           
"Ermənistana Naxçıvandan cavab verməliyik" –
"Erməni təxribatlarına Naxçıvandan cavab verməliyik".

Sfera.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Eks nazir təxribatın Minsk qrupu ilə əlaqəli ola biləcəyini qeyd edib:

"Sərhəddəki erməni təxribatları yeni bir münaqişə zonası yaratmaq və vasitəçiləri cəlb etmək, bəlkə də Minsk qrupunu geri qaytarmaq məqsədi daşıyır. Növbəti addım beynəlxalq təhlükəsizlik nəzarəti missiyası yaradılmasıdır. Bu missiyanın bazası olaraq Kasparşik tərəfindən bir qrup səhra köməkçisinin ilkin mərhələyə cəlb olunacağı istisna deyil.

Diplomat düşünür ki, sərhəddə təxribat törədən Ermənistan kimlərinsə əmrini yerinə yetirir: "Düşmənin niyyəti başa düşüləndir, ancaq cavabımız onlar üçün çox gözlənilməz ola bilər. Zəngilandakı sərhədçilərimizə Naxçıvandan silah açan atəş nöqtələrini basdırmağa başlasaq nə olacaqdı?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.