"AZAL kimi şirkət dövlətdən dotasiya almamalıdır" - AÇIQLAMA

2-06-2021, 14:37           
"AZAL kimi şirkət dövlətdən dotasiya almamalıdır" - AÇIQLAMA
"Ölkədə hava sərnişin daşımasının 97 faizi AZAL-ın nəzarətindədir. Qiymətləri də bahadır, buna baxmayaraq, ziyanla işləyir və dövlətdən dotasiya alır. Pandemiya dövründə AZAL uçuşların dayandırıldığını, maaşların verilməsi və kredit ödənişlərinin vaxtında ödənilməsinə vəsaitin olmamasını əsas gətirməklə dövlət büdcəsinə müraciət edib və müsbət cavab alıb”.

Bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı hesab edir ki, bu, qurumun idarə olunmasındakı problemlərdən qaynaqlanır və çıxış yolu AZAL-ın qismən də olsa özəlləşdirilməsidir:

"AZAL dövlətin nəzarətində qalmaqla şirkətlərə uzun müddətə idarəetməyə verilməlidir. AZAL kimi şirkət dövlətdən dotasiya almamalıdır. İdarəetmədə yeniliyin olması üçün AZAL rəhbərliyi də dəyişdirilməlidir. AZAL-ın öhdəlikləri çox olduğundan dövlət büdcəsinə tez-tez müraciət etməyi özünə borc bilir. Qurumda çalışan işçilərə əmək haqqı ödəməkdə problemin yaranmaması, sosial gərginlikdən qaçmaq üçün onlar büdcədən əlavə dotasiyalar almaqda maraqlıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru