Putinin MÜƏMMALI MESAJI: “Azərbaycan heç vaxt imkan verməz ki...”

4-06-2021, 22:01           
Putinin MÜƏMMALI MESAJI:
Rusiya Prezidenti Vladimir Putin diqqətçəkən fikirlər səsləndirib.

Belə ki, Kreml rəhbəri dünən Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

İclasda Rusiyanın keçmiş sovet respublikaları ilə münasibətləri müzakirə olunub.

“Rusiya üçün xarici işlərdə ən vacib prioritetlərdən biri yaxın qonşularımızla, keçmiş Sovet İttifaqı respublikaları ilə münasibətlərdir. Ona görə də bu gün məhz bu işin aspektlərindən biri ilə məşğul olacağıq”, - deyə müşavirədəki çıxışında Putin qeyd edib.

Lakin o, konkrtet nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bu isə Putinin sözləri ətrafında müzakirələrə yol açıb. Görəsən, Rusiya lideri nə demək istəyir, daha doğrusu, şimal qonşumuzun başçısı bərabərhüquqlu əlaqələrin inkişaf etdirilməsini nəəzrdə tutur, yoxsa bu, imperialist ambisiyadan irəli gələn növbəti mesajdır?

"Telkeqraf.com"a müsahibəsində yuxarıdakı suala tanınmış sabiq diplomat və politoloq Fikrət Sadıqov ilginc cavab verib. Deyib ki, Rusiya post-sovet məkanında öz nəzarətini gücləndirmək fikrindədir: "Məsələn, Krım, Donbas, Qarabağ və Belarus ətrafında cərəyan edən olaylar Moskvanı həm narahat edir, həm də bundan səmərəli şəkildə istifadə edir. Əlbəttə Rusiyanın bu bölgələrdə öz nəzarətini gücləndirməsi təkcə onun özündən asılı deyil. Məsələn, biz heç vaxt imkan vermərik ki, Azərbaycana qarşı bu nəzarət qeyri-bərabər şəkildə gücləndirilsin. Bu, mümkün deyil. Çünki artıq Sovet İttifaqının dağılmasından uzun illər keçib, yeni nəslin nümayəndələri artıq hakimiyyətdədir. Yəni Rusiya heç vaxt öz nəzarətini güc yolu ilə genişləndirə bilməz. Əlbəttə müəyyən məsələlərdə güclü bir dövlət kimi nəyəsə nail ola bilər, amma ümumi nəzarətdən danışırıqsa, bu, bir absurddur. Çünki post-sovet məkanındakı ölkələrdə hakimiyyətlərdə olan heç bir elita buna imkan verməz..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.