Putin: "NATO-nun Rusiya təlimləri ilə bağlı narahatlığını başa düşə bilmirəm"

15-06-2021, 09:05           
Putin:
Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiya ərazisindəki hərbi təlimlərlə bağlı narahatlıqlarını başa düşmədiyini bildirib.

APA xəbər verir ki, bu fikri o, ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibəsində səsləndirib. Müsahibənin mətni Kremlin saytında yerləşdirilib.

Rusiyada 3 azyaşlı beton piltənin altında qalaraq ölüb
Rusiyada əməliyyat zamanı 2 yaşlı uşağın klinik ölümü ilə bağlı cinayət işi açılıb

“Bəs NATO-nu şərqə doğru genişləndirmək, infrastrukturunu sərhədlərimizə qədər yaxınlaşdırmaq nəyə lazım idi? İndi də deyirsiniz ki, guya biz özümüzü aqressiv aparırıq. Nəyə əsasən? Guya Sovet İttifaqının dağılmasından sonra da Rusiya Birləşmiş Ştatlar və digər Avropa ölkələri üçün hansısa təhlükə yaratdı? ... Biz böyük xərclərə getdik. Bəs bunun müqabilində nə qazandıq? İnfrastruktur burada, bizim sərhədlərimizdədir. Və deyirsiniz ki, biz kimisə təhdid edirik? Bəli, biz mütəmadi olaraq təlimlər keçiririk, eyni zamanda, silahlı qüvvələrimiz üçün gözlənilməz olan təlimlər də həyata keçiririk. Niyə bu, NATO müttəfiqləri arasında hansısa bir narahatlığa səbəb olmalıdır? Mən sadəcə anlamıram”, - Putin belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.