“Bütün televiziyalar üzümə qapadılıb” - Əli Həsənovun "əməkdar jurnalist" adı verdiyi həmkarımız

22-06-2021, 15:55           
“Bütün televiziyalar üzümə qapadılıb” -
Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət Azərbaycan televiziyalarına buraxılmır.

Bakupost.az xəbər verir ki, A.Həsrət TV kanallarının istisnasız olaraq onun üzünə qapadıldığını deyib və bununla bağlı narazılığını ifadə edib:

“Həyatımız ziddiyyətlərlə doludur. AzTV başda olmaqla, siyasi xəttini dəstəklədiyim rəsmi kurs, bütün TV kanalları – istisnasız! - üzümə qapalıdır. O kursu müdafiə etmək üçün “Xural” TV rəhbəri Əvəz Zeynallıdan efir istəyəndə isə “buyur, gəl, gözümüz üstdə yerin var” cavabını alıram.

Hə, bir də daha bir kanal – “El Üçün" TV-də hakimiyyətə kəskin tənqidçi mövqedə olsa da onu bütün varlığı ilə müdafiə edən Azər Həsrətə həvəslə efir vaxtı təqdim edir. Lap qədim dostlardan olan “Müsavat” TV də öz yerində. Bir də “Səs” TV var, var olsun!

Digər “hipermüstəqil” onlayn TV kanalları da elə AzTV kimi üzümə qapalıdır”.

Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov vəzifədə olarkən TV-lərin efir məkanlarında qonaq qismində iştirak edən əsas simalardan biri Azər Həsrət idi. Hətta Xəzər TV-də yayımlanan “Tərs bucaq” adlı proqrama aparıcılıq edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.