"Guya rus sülhməramlılarının varlığına görə atəşkəs dayanıb..." - Partiya sədri

24-06-2021, 09:01           
"Guya rus sülhməramlılarının varlığına görə atəşkəs dayanıb..."
"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb". Bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçıları salamlayarkən bildirib.
“Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”.

Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur. Bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.

Əslində Qarabağda münaqişənin bitdiyi çoxdan məlumdur. Hətta bu barədə ölkə başçımız də dəfələrlə çıxış edib. Belə olan halda Putin “münaqişə dayandırılıb” deməklə hansı mesajı vermək istəyir?.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a söyləyib ki, Putin verdiyi açıqlama ilə sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətinə bəraət qazandırmaq istəyir:

“Guya rus sülhməramlılarının varlığına görə atəşkəs dayanıb. Fikrimcə, burada Rusiyanın hansısa bir rolu yoxdur. Ermənistanla Azərbaycan qarşılıqlı şəkildə bir-biri ilə əlaqə qurub sülh müqaviləsi imzalaya bilər. İki dövlət üçüncünün iştirakı olmadan qonşuluq və dostluq münasibətlərini yaratmaq iqtidarındadır. Ruslar bölgədə qaldıqda heç vaxt Ermənistanla Azərbaycan arasında sülh imzalanmayacaq. Münaqişə “dondurulmuş” forma alacaq ki, Rusiyanın bölgədə rolu və siyasəti davam etsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.