"Gənc ikən oğurluq etmişəm" - I Vazgen Türkiyə sərhədini necə pozmağından danışdı

29-06-2021, 18:56           
"Gənc ikən oğurluq etmişəm" -
“Bilirsiniz, gəncliyimdə bir dəfə oğurluq etmişdim”.

KONKRET.az xəbər verir ki, bu sözləri bütün Ermənilərin Ali Patriarxı və Katolikosu I Vazgen jurnalistə etirafı zamanı bildirib.

Onun bu açıqlamasını verməklə bir daha ermənilərin nə qədər pis xislətdə olduğunu oxucuların diqqətinə çatdırmaq istəyirik.

Beləliklə, I Vazgenin dediklərindən:

“Bir dəfə milliyyətcə rus olan bir sovet zabiti, sərhəd qarnizonunun rəisi mənə dedi ki, sərhəddən bir az aralıda, Türkiyə ərazisində bir neçə xaçkar var. Türklər, ehtimal ki, bu xaçkarlardan tikinti materialları kimi istifadə edəcəklər.

Xaçkar erməni memarlıq abidəlsərini sayılır və ziyarətgahlarında qoyulur. “Xaçkar” sözü “xaç” və kar sözlərinin birləşməsindən əmələ gəlib. Erməni dilində “Kar” –”daş” deməkdir.

Mən bu xaçkarların görüntüsünün necə əldə edilməsinin mümkün olub-olmadığını soruşdum. Bir neçə gün sonra zabit fotoşəkilləri göstərəndə ürəyim sıxıldı. Həqiqətən də, bunlar lazımsız zibil kimi yığılıb qalmışdı. Ruhum ağrıyırdı, çünki bu xaçkarlar erməni xalqı və Erməni Apostol Kilsəsi üçün müstəsna mənəvi və mədəni dəyərə malik idilər. O anda yetim xaçkarları əsarətdən qurtarmaq üçün hər şeyə hazır idim. Bunlar Soyqırım zamanı öldürülən və lağa qoyulan qəbilələrimin qalıqları kimi görünürdü, ruhları yüksəlişə bir yol tapmırdı …

O an başa düşdüm ki, nəyin bahasına olursa olsun onları xilas etməliyəm. Bəs necə? Planımı tək həyata keçirə bilməzdim. Rəsmi prosedura riayət etmək mənasız idi – xaçkarların Sovet hakimiyyəti üçün heç bir dəyəri yox idi. Yalnız bir yol var idi…

Bir axşam sərhəd dəstəsinin komandirini ziyarətə getdim. Erməni qonaqpərvərliyinə uyğun bir masa düzəltdim. Axşamımızı xoş keçirdik. Yedik, içdik, həyatlarımızndan xatirələrimizi bölüşdük, tostlar dedik və süfrə arxasında daha da doğmalaşdıq.

Ona mədəniyyətimiz və mənəvi həyatımız haqqında çox danışdım. Soyqırımdan, xalqımızın acınacaqlı vəziyyətindən və günahkarların cəzasız qalmasından bəhs etdim. Ona xaçkarların ermənilər üçün mənəvi və tarixi əhəmiyyətindən danışdım. Hekayəm hərbçini çox həyəcanlandırmışdı.

Bütün söhbət boyu bu adamı necə inandıracağımı düşünürdüm. Ondan ayrılmadan əvvəl Allahın iradəsinə güvənərək cəsarətimi yığdım və dedim ki, bu xaçkarları oğurlamaq istəyirəm!

Xoşbəxtlikdən mənim üçün həmsöhbətim həqiqi bir dost, başqalarının dərdinə laqeyd olmayan bir insan idi. Birlikdə Türkiyə sərhədini keçmək və xaçkarları Ermənistana köçürmək üçün ətraflı bir plan hazırladıq. Bir neçə gün sonra görüşdük, planlarımızı həyata keçirəcəyimizə əmin idim.

Sərhədin birinci hissəsini dörd əsgər və iki ruhani mənimlə birgə keçdi. Ağır fiziki əmək bizi gözləyirdi. Bir az sonra sərhəd qarnizonunun yük maşını gəldi, üstündə xaçkarları daşımalıydıq. Qaranlıq düşənə qədər gözlədik. Hamımız gənc olsaq da, iş ağır idi. Sonra maşını yüklədik. Demək olar, işimizi bitirər-bitirməz uzaqdan səslər eşidilməyə başladı… Onlar yəqin ki, türk sərhədçiləri idi. Artıq tərəddüd etmək üçün vaxt yox idi. Sərhədi salamat keçdik, amma yenə də atışlar oldu. Bizi fərq etdilər.

Bir neçə gün sonra bir rus zabiti yanıma gəldi, amma bu dəfə mülki geyimli. Həyəcan siqnalı Sovet İttifaqının bütün sərhədlərini silkələmişdi, qanun baxımından bizim hərəkətlərimiz sərhədlərin pozulması idi.

Yeni dostumun hərbi karyerası bitmiş sayıla bilsə də, üzündən başa düşdüm ki, etdiklərindən heç peşman deyil. Rus zabiti cəsur, xeyirxah, dürüst, dindar bir insanın xatirəsini qoyub getdi. Həmin xaçkarlar sonralar Patriarxın otaqlarında yerləşdirildi”.

Natiq Səlim,

KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.