“Sosial təminatı kifayət qədər yaxşı olan və "uşaqpulu"na ehtiyacı olmayan ailələr var” – Deputat

30-06-2021, 13:28           
“Sosial təminatı kifayət qədər yaxşı olan və "uşaqpulu"na ehtiyacı olmayan ailələr var” – Deputat
"Aztəminatlı ailələrə “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Çünki bəzi ailələrin aylıq qazancı övladlarının maddi ehtiyaclarını ödəmək üçün, doğrudan da, yetərli deyil. Amma yüksək vəzifə tutan, bizneslə məşğul olub kifayət qədər gəlir əldə edən, təcrübəli iş adamları da var ki, onların sosial müavinətə ehtiyacı yoxdur".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, o, sosial ədalət prinsipinin qorunması şərtilə Azərbaycanda “uşaqpulu”nun verilməsinin tərəfdarıdır: "Hesab edirəm ki, sosial müavinətlər məsələsində təkmilləşdirilmə aparılmalıdır. Məsələn, Sovet dövründə “uşaqpulu” bütün ailələrə verilirdi. İndi isə sosial təminatı kifayət qədər yaxşı olan və ümumiyyətlə, "uşaqpulu"na ehtiyacı olmayan ailələr var. Əgər bu fakt nəzərə alınmadan, “uşaqpulu”nun verilməsi tətbiq edilsə, fikrimcə, sosial ədalət prinsipi pozular. Ailədə həm kişi, həm də qadın yaxşı maaş alır və övladlarını təmin edə bilirsə, həmin ailələrə müavinət təyin edilməməlidir. Yəni, “uşaqpulu”nun verilməsi düzgün tənzimlənməlidir. Lakin aztəminatlı ailələrə “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Çünki bəzi ailələrin aylıq qazancı övladlarının maddi ehtiyaclarını ödəmək üçün, doğrudan da, yetərli deyil. Amma yüksək vəzifə tutan, bizneslə məşğul olub kifayət qədər gəlir əldə edən, təcrübəli iş adamları var ki, onların sosial müavinətə ehtiyacı yoxdur. Mütləq belə bir sistem təkmilləşdirilərək tətbiqinə başlanılmalıdır".



Nəzrin Cavid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.