Zaqatala RMX-nın baş həkiminə qarşı qara piar kompaniyasını kimlər aparır?

27-02-2016, 13:16           

Artıq necə müddətdir Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə qarşı mətbuatda tənqidi yazılar gedir. Baş həkim Leyla Seyidəliyeva bütün baş verən və verməyən hadisələrdə günahlandırırlar. teref.az olaraq bizi bu yazılarda məqsədyönlülük bir az təəcübləndirdi və biz əməkdaşımızı Zaqatalaya göndərmək qərarına gəldik. Əməkdaşımızın Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə müsahibəsini sizə təqdim edirik.
Mən xəstəxanaya daxil olanda baş həkimin yanında iclas keçirildi. Məndə fürsətdən istifadə edərək xəstəxanaya göz gəzdirdim. Əvvəla onu deyim ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanası öz səliqə səhmanı ilə göz oxşayır. Xəstəxana palataları təmiz və işıqlı idi. Xəstələr həkimlərdən razılıq edirlər. Bu günün reallığından xəstəxanaya baxsaq doğrudanda əla şəraitə malikdir.
Baş həkimin iclası qurtardığı üçün onun kabinetinə keçirəm.
Salamlaşmaq prosedurundan sonra birinci sualım :
-Leyla xanım nə baş verir?
-Nəyi nəzərdə tutursunuz?
- 2015 –ci ildən bəri mətbuatda sizin xəstəxanaya qarşı gedən tənqidi yazılardan fikirləşmək olardı ki, bu xəstəxananın baş həkimi rüşvətxor, qatı cinayətkar biridir. Bu vəzifəni ancaq ciblərini doldurmaq üçün istifadə edirsiniz?
Amma cavab verməmişdən onu deyim ki, xəstəxananız səliqə sahmanı ilə xoşuma gəldi.
-Bilirsiz əslim yerli olsada mən bura Bakıdan təyinatla gəlmişəm. Burda bəzi adamlar var ki, 1-2 nəfəri qızışdırıb ortaya atıblar, nyə baş həkim gəlmə olmalıdır, niyə qadın olmalıdır? Onarda bu oyuna gedirlər, ağıllarına və ağızlarına nə gəldi yazdırırlar. Bura xəstəxanadaır və hər cür xəstələr olur. Bizdə işləyirik. İş prosesində hər şey olur. İşləməyən adamın başına iş gəlməz. Lakin fikir verin, ginekoloq doğuşda nəsə səhv etdisə, həkim səhv diaqnoz qoydusa ya nə bilim hansısa barmaqlarından sorulub çıxarılan bir fakt kimi təqdim edilən hadisə varsa onu mətbuata baş həkimin cinayəti kimi ötürürlər. Heç bizlik olmayan işləri bizim adımızla yazıb verirlər. Zaur Ömərovun adından yazıblar, hansı ki, bizlik olmaya olmaya kollektivimizin bir həkiminin qohumu olduğuna görə axıra qədər onunla məşğul olmuşuq, Bakıda xəstəxanada yatanda daim nəzarətdə saxlamışıq. Nə qədər saymaq olar. Saydıqca qurtarmır.
-Elədir, Zaur Ömərovun ailəsi teref.az-ya zəng edib bizədə öz etirazlarını bildirmişdilər. Elə bura gəlməyimizin səbəblərindən biridə o etirazdır. Leyla xanım kim dayanır bu kompaniyann başında?
-Bilirsiniz keçmiş baş həkimlərdən biri var. İşdən azad olunmasına baxmayaq bütün işləri qarışdıran odur. Hər bir işə burnunu soxur ki, bəlkə bir neqativ tapa, tapmayandada belə şər böhtana əl atır. Onun başçılığı ilə gedir bu qarayaxma kompaniyası. əvvəl özü yerinə qayıtmaq istəyirdi. Baş tutmayandan sonra xəstəxanada 1- 2 həkim var onları başdan çıxardıb ki, bunu yola salaq səni baş həkim qoyduracam. Onlarda uyublar onun sözlərinə.
-Sizin kollektivdən?
-Bəli bizim kollektivdən. Bilirsiniz 2014- cü ildə bizdə audit yoxlama oldu. Maliyyə nazirliyi tam yoxladı xəstxananın bütün sənədlərini, maliyyə işlərini. Hamısı tər təmiz çıxdı. Ondan sonra başladılar belə qara yaxmağa. Fikir vermirdim, işimi işləyirdim. Lakin axırda insan ləyaqətinə sığmayan yalanlar yazdılar. Güya mən sərxoş vəziyyətdə maşın sürmüşəm. Rayonun mərkəzində. Olmaz ee,Ən azından mən qadınam, iki evlənəsi oğlum var. Yalandan qadını belə təhqir etmək olmaz. Ən azından xalqımızın mentaliteti var. Axı mən heç içki içən deyiləm. Ayıbdır axı.Vermişəm onları məhkəməyə.
-Leyla xanım vaxt ayırdığınıza görə təşəkkür edirəm. İşinizdə uğurlar arzulayıram.
teref.az
Bakı- Zaqatala-Bakı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.