Muradov prosesə buna görə qoşuldu - Voronenko

20-10-2021, 13:22           
Muradov prosesə buna görə qoşuldu - Voronenko
Sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun Bakının Ermənistan tərəfinə diversiya əməlləri sübut olunmuş beş “əsiri” təhvil vermə prosesinə başçılıq etməsi təkcə Azərbaycanda deyil, elə Rusiyanın da ekspert dairərinin marağına səbəb olub.

Bu sözləri Axar.az-a ukraynalı politoloq Aleksey Voronenko bildirib.

“Hanı bəs Mixail Kosobokov, hanı Gennadi Anaşkin? Regiondan xəbəri olmayan dərhal bunun bir siyasi oyun olduğunu düşünər, amma Kreml çox gözəl anlayır ki, hazırki vəziyyətdə İrəvana yeni bir qarışıqlıq, xaos lazımdır. Bunun üçün də onlar istənilən təxribata əl ata bilərlər.

Birincisi, artıq gizli danışıqlar yolu ilə əldə edilmiş razılıqlara əməl olunma prosesinə yaxın günlərdə start verilməlidir. Buraya ilk növbədə bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və sülh sazişi daxildir. Sonrakı mərhələdə Bakı Ermənistandakı öz anklavları ilə də dəhlizlərin olmasını təmin edəcək. Həmin anklavlara azərbaycanlılar geri dönəcək. Onların təhlükəsizliyini də elə İrəvanın özü təmin edəsi olacaq.

İkincisi, hazırda Nikol Paşinyanın da əlinə bir “bayraq” verilməli idi. Çünki o öz xalqına müraciət edəsi olacaq. Əsirlərin geri qaytarılmasını söyləyər-söyləməz sülh sazişindən də söz açacaq. Hazırda bu Paşinyan üçün hava-su qədər vacibdir”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə əsasən, yuxarıda deyilənləri pazl kimi yığsaq, qarşımızda aydın bir mənzərə açılacaq:

“Amma bu mənzərənin gizli məqamları da var. İrəvan “aranı qatsa”, bu prosseslər ertələnəcək, bu isə nə Kremlin nə də Bakının planlarına daxildir. Deməli, ermənilərə “aranı qatmaq” imkanını sıfra endirmək lazım idi. Bunu isə “yeni təyin olunmuşlar” – Kosobokov və yaxud Anaşkinin üzərinə qoymaq təhlükəli idi. Burada “oturuşmuş” birisi lazım idi. Muradov isə artıq ermənilərin “dilini bilir” və onlara belə bir şans verməzdi. Elə də oldu.

İndi gözləmək qalır. Yaxın günlərdə regionda böyük dəyişikliklər gözlənilir”, - deyə Voronenko qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.