Zəngəzur dəhlizi üçün “Kalininqrad modeli” – Silayev

21-10-2021, 10:10           
Zəngəzur dəhlizi üçün “Kalininqrad modeli” – Silayev
Cənubi Qafqazda kommunikasiyaların açılması komromis qərar çərçivəsində, tərəflərin heç birinə güzəşt edilmədən mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Nikolay Silayev erməni mediasına açıqlamasında deyib.

Silayevin sözlərinə görə, kommunikasiyanın açılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il bəyanatında da əksini tapıb:

“Bəyanatın 9-cu bəndinə görə, regiondakı bütün kommunikasiyalar açılmalıdır; Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və “vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə nəqliyyat əlaqəsinin” təhlükəsizliyinə zəmanət verib. Qalan hər detal Azərbaycanla Ermənistan arasında danışıqlar mövzusudur. Rusiya isə bu halda heç bir formada təzyiq göstərməməlidir”.

Politoloq bir model kimi Kalininqradı misal göstərib:

“Məsələn, Kolininqrad modeli var. Rusiyanın bu anklavına yol NATO və AB ölkələrinin ərazisindən keçir. Əlbəttə, Ermənistan-Azərbaycan əlaqələrini Rusiya-NATO və ya Rusiya-AB əlaqələri ilə müqayisə etmək olmaz. Ancaq Rusiyanın da o ölkələrlə əlaqəsi rəvan deyil. Hərənin öz ziddiyyətləri var. Məsələ ondadır ki, başqa dövlətlərin ərazisindən quru yolunun açılması reallıqları və analoqları mövcuddur”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.