Azərbaycan yalnız bu halda İranla münasibətləri bərpa edə və yenidən ortaq layihələrə qayıda bilər - AÇIQLAMA

21-10-2021, 12:20           
Azərbaycan yalnız bu halda İranla münasibətləri bərpa edə və yenidən ortaq layihələrə qayıda bilər - AÇIQLAMA
İranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonlarına girişi qadağan edilib. İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs olunub. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır.
Bəs İran bu qərarı nədən ləngitdi?

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Tehran bu qadağanı daha əvvəl elan etsəydi, o zaman münasibətlərdə mövcud gərginlik yaşanmazdı: “Ancaq bu azdır, İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər. İranın Yollar və Nəqliyyat Agentliyinin qərarıyla paralel, Azərbaycanla bağlı ritorika da dəyişərsə, o zaman yenidən iki dövlət arasında ortaq layihələrə qayıtmaq mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.